Qalayçılıq

Qalayçılıqmis qabların pas atmaması üçün qalaylanması ilə əlaqədar peşə sahəsi. Qalayçılar paxırlanmış mis qabları kürədə qızdırdıqdan sonra naşatır tozu — ammonium-xloridlə sürtüb üstündən qalay çəkirdilər. Qalayçılıq xüsusilə Dağıstanda, həmçinin Azərbaycanda Bakı, Quba, Şəki, Gəncə, Naxçıvan, ŞamaxıLahıcda geniş yayılmışdı. İndinin özündə də Azərbaycanın bəzi şəhər və rayonların qalayçı emalatxanaları var.