Qalib Laim oğlu Zülfüqarlı (d. 20 dekabr 1992; Lənkəran, Azərbaycan — ö. 27 mart 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Qalib Zülfüqarlı | |
---|---|
Qalib Laim oğlu Zülfüqarlı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lenkaran Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Qalib Zülfüqarlı 1992-ci ilin 20 dekabr günündə Lənkəran şəhərinin Vilvan kəndində anadan olub. Qalib Zülfüqarlı nişanlı idi, yaxın günlərdə toy mərasimi baş tutmalı idi.
Leytenant Qalib Zülfüqarlı 2016-cı ildə, martın 27-si Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Elə martın 27-si isə Qalib Zülfüqarlı doğulduğu Lənkəran şəhərinin Vilvan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Zülfüqarlı uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Qalib Zülfüqarlı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Qalib Zülfüqarlı haqqında maraqlı məqam isə onun şəhid olmasından 5 gün sonra, aprelin 2-sində Azərbaycan-Ermənistan təmas xəttində 24 ildən sonra tarixinin ən qanlı atışmalarından biri, Aprel döyüşlərinin başlamasıdır.