Qalina Levitska

Qalina Lvivna Levitska (ukr. Галина Львiвна Левицька, 23 yanvar 1901, Pruçnik[d]13 iyul 1949, Lvov), eləcə də, digər tanınan adları ilə Qalina Levitska-KruşelnitskaOlena Pyatiqorska — Ukrayna pianoçusu və musiqi müəllimi. O, Lvov Konservatoriyasının professoru və konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi məktəbinin ilk direktoru idi.[1]

Qalina Levitska
Ümumi məlumatlar
Doğum tarixi 23 yanvar 1901(1901-01-23)
Doğum yeri
Vəfat tarixi 13 iyul 1949(1949-07-13) (48 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Lıçakov qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, musiqi pedaqoqu
Musiqi aləti piano

Levitska Avstriya-Macarıstanın (hazırda Polşa) Pruçnik şəhərində ukraynalı ailədə anadan olmuşdur. Atası Lev Levitski vəkil idi. O, əvvəlcə həvəskar pianoçu olan anasından fortepiano dərsləri almış, daha sonra Pirzamisil şəhərində yerləşən qızlar internat məktəbində piano öyrənməyə davam etmişdir. 1920-ci ildə Vyana Musiqi və Performans Sənətləri Akademiyasını bitirmişdir. Bundan sonra o, əsasən Şərqi Avropada konsertlər vermiş, xüsusilə də, Ukrayna bəstəkarlarının əsərlərini ifa etmişdir.[1]

1927-ci ildə şair və rəssam İvan Kruşelnitski ilə evlənmişdir. 1928-ci ildə onların qızı, gələcək tarixçi Larisa Kruşelnitska anadan olmuşdur. Levitska 1926-cı ildən Lısenko adına Musiqi İnstitutunda, 1926–1932-ci illərdə isə institutun Strı filialında müəllim kimi işləmişdir. 1932-ci ildə əri qızı və ailəsi ilə birlikdə Sovet İttifaqına miqrasiya etmiş və orada Ukraynanın milli mədəni dirçəlişi üçün yeni imkanlar axtarmağa başlamışdır. Levitska xəstə olduğu üçün Lvovda qalmışdır. 1934-cü ildə əri həbs olunmuş və edam edilmişdir. Qızı Qırmızı Xaç Cəmiyyətinin köməyi ilə Lvova qayıda bilmişdir.[1][2]

1939-cu ilin avqustunda Levitska Sidney Musiqi Konservatoriyasına dəvət edilmişdir. Xəstəliyinə görə səfərini ləğv etməli olmuş və İkinci Dünya Müharibəsi başlaması səbəbilə Sidneyə gedə bilməmişdir.[2]

1939-cu ildə Şərqi Qalisiya və Volıniyanın SSRİ tərəfindən ilhaq edilməsindən sonra Levytska Lvov Milli Musiqi Akademiyasının professoru təyin edilmişdir. Bu akademiya Lısenko İnstitutu da daxil olmaqla bir neçə institutun birləşdirilməsi ilə yaradılmışdı və o, 1940-cı ildə konservatoriyanın nəzdində musiqi məktəbinin yaradılmasına kömək edərək məktəbin direktoru olmuşdur. Müharibədən sonra Levitska bacıları Mariya (violonçel) və Stefaniya (skripka) ilə birlikdə Lvovda konsertlər verməyə davam etmişdir.

Levitska 1949-cu ildə Lvovda ölmüşdür.[1] Onun yaşadığı evdə xatirə lövhəsi yerləşir.[2]

  1. 1 2 3 4 "Левицька (Левицька-Крушельницька) Галина Львiвна" (ukrayna). Encyclopaedia of History of Ukraine. 2020-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  2. 1 2 3 Zolotar, Inna. "Education and Culture: Who Was Lucky? Halyna Levytska". Інтерактивний Львів.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]