Qalina Vişnevskaya (rus. Гали́на Па́вловна Вишне́вская; d. 25 oktyabr 1926 - ö. 11 dekabr 2012) — Sovet və rus opera müğənnisi.
Qalina Vişnevskaya | |
---|---|
rus. Гали́на Па́вловна Вишне́вская | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Галина Павловна Иванова |
Doğum tarixi | |
Doğum yeri |
SSRİ Rusiya SFSR, Leninqrad |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ → Rusiya |
Həyat yoldaşı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1944-cü ildən |
Janrlar | klassik musiqi, opera |
Musiqi alətləri | piano |
Səs tembri | soprano |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
25 oktyabr 1926-cı ildə Leninqradda anadan olmuşdur. Leninqrad blokadasını yaşayıb. 16 yaşında Hava Hücumundan Müdafiə qoşunlarında hərbi xidmət olub. 18 yaşında Leninqrad vilayəti operettasına daxil olub. Tez bir zamanda sol partiyaların ifaçısı kimi çıxış edib. Üç dəfə ərdə olub. Üçüncü əri tanınmış violonçelist Mstislav Rostropoviç idi.[2] 1974-cü ildə onlar o vaxtkı SSRİ-dən mühacirət ediblər. Onlar Aleksandr Soljenitsını dəstəklədikləri üçün təqib olunublar. 1978-90-cı illərdə onlar sovet vətəndaşlığından məhrum ediliblər. Bu illər ərzində bu iki sənətkar ABŞ-də yaşayıb, dünyanın çeşidli tanınmış teatrlarında çıxışları olub.[2]
11 dekabr 2012-ci ildə vəfat etmişdir[3].
1944-1945-ci illərdə Leninqrad Operetta teatrında, 1952-ci ildən isə "Bolşoy" teatrda fəaliyyət göstərmişdir. 1952-74-cü illərdə SSRİ Böyük Tetarında 30 yaxın operada əsas partiyaları oxuyub.[2]
1955-ci ildə Mstislav Rostropoviçlə ailə həyatı qurmuşdur.