Qamışlıgöl (Ağdərə)

Qamişlıgöl - Ağdərə rayonunda göl adı. Qamış bitən göl mənasındadır.

Ağdərə rayonu 1930-cu ildə təşkil edilmişdir.Sahəsi 1705 kv.km əhalisi 44.4 min nəfər olmuşdur.İşğaldan əvvəl rayonda 2 şəhər tipli qəsəbə, 57 kənd var idi.Mərkəzi şəhər tipli Ağdərə qəsəbəsidir. Səthi əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarətdir. Faydalı qazıntıları – Mehmana polimetal yatağı, əhəngdaşı və gipsdən ibarətdir. Mehmana yatağının filizlərinin tərkibində sink, qurğuşun və digər qiymətli metallar var. (Asan saflaşır, sənaye əhəmiyyətlidir). Əsas çayları Tərtər və Xaçındır. Tərtər çayı üzərində 1997-cı ildə Sərsəng su qovşağı yaradılmışdır.[1]

  • Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
  1. Qamışlıgöl (Ağdərə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 35. ISBN 978-9952-34-155-3.