Qampaha (sinh. ගම්පහ [ˈgamːpaha]; tam. கம்பஹா [[Beynəlxalq fonetik əlifba|[gam ɭpaha]]]) — Şri-Lankanın Qərb vilayətinin Qampaha dairəsinin əsas şəhəri. Şəhər Şri-Lankanın kommersiya paytaxtı Kolombonun şimal-şərqində yerləşir. Qampaha Qərb vilayətinin Kolombo, Neqombo, Kalutara, Panadura və Avissavella şəhərlərindən sonra ən böyük 6-cı şəhəridir.[2] Qampaha şəhəri Neqombo şəhərindən sonra Qampaha dairəsinin ən böyük ikinci şəhəri hesab olunur. Şəhərin sahəsi 13 kmSuperscript text2 təşkil edir. Burada 75 hökumət institutunun ofisi yerləşir.
Şəhər | |
Qampaha | |
---|---|
sinh. ගම්පහ tam. கம்பஹா | |
7°05′30″ şm. e. 79°59′59″ ş. u.HGYO | |
Ölkə | Şri-Lanka |
Region | Qərb |
Rayon | Qampaha |
Mer | Eranqa Senanyake |
Tarixi və coğrafiyası | |
Sahəsi | 13 km² |
Mərkəzin hündürlüyü | 15 m |
Saat qurşağı | UTC+5:30 |
Əhalisi | |
Əhalisi | 9 889 nəfər (2011[1]) |
Milli tərkibi | sinqallar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +94 33 |
Poçt indeksi | 11000 |
Nəqliyyat kodu | WP |
Vikianbarda əlaqəli mediafayllar |
Sinhal dilində "Qampaha" (ගම්පහ) "Beş kənd" deməkdir. Bu "beş kənd" İhalaqama, Pahalaqama, Medaqama, Pattiyaqama və Alutqamadır. Amma hazırda Pattiyaqama Qampaha şəhərinin inzibati bölgüsünə daxil edilmir və bu barədə müzakirələr gedir. Qampaha şəhərinin keçmiş adı Henaratqodadır.
1815-ci ildən əvvəl Qampaha ərazisində sıx meşə yerləşirdi. Seylonun 5-ci qubernatoru Edvard Barns Neqombo-Kolombo yolunun tikintisinə izləmək üçün etdiyi səfərdə 1825-ci ildə Qampahaya gəlmişdir. Britaniya koloniyaçıları 1864-cü ildə şəhərdə Henaratqoda dəmiryol stansiyasını (indiki Qampaha dəmiryol stansiyası) tikmişdirlər və bu stansiya şəhərin inkişaf etməsinə təkan vermişdir. Şri-Lankanın ilk kauçuk ağacı 1867-ci ildə Henaratqoda botanika bağında əkilmişdir. Britaniya 1828-ci ildə burada Moraqoda kilsəsini tikəndə Qampaha və ətraf ərazilərdə əhalinin sayı az idi. 1920-ci ildə şəhərdə 52 yolun, əsas küçənin, ictimai marketin, xəstəxananın və elektrik generatorunun tikilməsi planlaşdırılmışdır.
2011-ci ilin statistikasına görə şəhərdə 9.889 nəfər yaşayır. 2012-ci ilin məlumatına görə isə Qampaha dairəsinin əhalisi 196.445 nəfərdir.
Etnik qrup | Əhali[3] | % |
---|---|---|
Sinhallar | 194,292 | 98.90% |
Şri-Lanka tamilləri | 942 | 0.48% |
Hindistan tamilləri | 205 | 0.10% |
Larakallalar | 359 | 0.18% |
Burqerlər | 431 | 0.22% |
Şri-Lanka malayları | 119 | 0.06% |
Şri-Lanka çettiləri | 17 | 0.00% |
Baratalar | 4 | 0.00% |
Digərləri | 76 | 0.03% |
Cəmi | 196,445 | 100% |
Uduqampola | ||||
Qanemulla | Yakkala | |||
| ||||
Belummahara |