Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 2 saat əvvəl Qraf061 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Qanımızın səsi — Sevda Tahirlinin 2013-cü ildə nəşr olunmuş kitabı. Kitab qan qruplqrının insan həyatındakı rolundan bəhs edir.
Qanımızın səsi | |
---|---|
Müəllif | Sevda Tahirli |
Ölkə | Azərbaycan |
Nəşriyyat | “Ozan”, "CBS PP" MMC |
Səhifə | 172 səh. |
Tiraj | 2000 nüsxə |
Kitabın mövzusu yaşından asılı olmayaraq hər kəsi maraqlandıra biləcək aktual bir məsələyə — 4 fərqli qan qrupunun insanın həyatındakı roluna- onun xarakterinə, karyerasına, uğurlarına, sağlamlığına, eləcə də xəstəliklərinə, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına, hətta ana olmaq imkanlarına necə təsir göstərməsinə dair yeni bir təlimə həsr edilib. Yaponiya kimi inkişaf etmiş bir ölkədə artıq bir neçə onilliklər ərzində işə qəbul edilənlərin məhz qan qrupuna görə seçilməsinə üstünlük verilməsi gündoğan ölkəsində bu məsələyə çox ciddi münasibət bəslənilməsi kimi dəyərləndirilir. Belə bir mövqenin əsassız olmadığını vurğulayan bəzi müşahidəçilərin qənaətinə görə qan qrupuyla bağlı son dövrlərdəki araşdırmalardan sonra bu problemin yaxın gələcəkdə dünya əhalisinin də geniş marağına səbəb olacağı fikrini söyləməyə əsas verir.[1]