Qanşirəli böyürtkən

Qanşirəli böyürtkən (lat. Rubus sanguineus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.

Qanşirəli böyürtkən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda, Rusiyada, Stavropolda, Kabardın Balkarda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Yarpaqları oval, saplaqlı, mürəkkəb, 3-7 yumurtavari xırda yarpaqlardan ibarətdir, gövdədə növbəli yerləşir. Yarpaq ayasının üstü tünd yaşıl, alt tərəfi ağımtıl, xırda tükcüklərlə örtülmüşdür. Yarpaqların qoltuqlarında qarışıq tumurcuqlar formalaşır. İkinci il onlardan yan budaqlar, salxımvari çiçək qrupunda toplanan ağ öz-özünü tozlanan, diametri təxminən 1 sm olan ikicinsli çiçəklər formalaşır. Çiçəkləmə dövrü iyun-iyulda baş verir və 20-25 gün davam edir. Şaxələnmiş çiçək yatağında tükcüklü, sarı, qırmızı və ya qara rəngli çəyirdək formalaşır.

Şaxtaya davamlı, işıqsevən bitkidır. Dəniz səviyyəsindən 2700 metr hündürlüklərdə rast gəlinir. Böyümə və inkişaf üçün 18-250C temperatur optimal hesab edilir. Qar altında -40-450С temperatura dözür. Rütubətli, münbit, drenajlı, ağır olmayan torpaqlara, istiyə tələbat duyur. Quraqlığı və nəmişli pis keçirir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Talışda təbii halda rast gəlinir.

Yaşıllaşdırmada rast gəlinmir. Tərkibində efir yağı vardır.