Qan almazı

Qan almazı — müharibə zonasından çıxarılaraq qiyamı, işğalçı ordunu və terrorizmi maliyyələşdirmək üçün satılan almaz. Termin müəyyən ərazilərdəki almaz ticarətinin mənfi nəticələrini vurğulamaq və ya hər hansı almazın bu cür ərazidən gətirildiyini qeyd etmək üçün istifadə olunur. 20-21-ci əsrlərdə vətəndaş müharibələri zamanı Anqola, Fil Dişi Sahili, Syerra-Leone, Liberiya, QvineyaQvineya-Bisaudan çıxarılmış almazlara bu etiket verilmişdi.[1][2][3] Qan almazları mütəşəkkil cinayətkarlıq sindikatları tərəfindən qara bazarda satmaq məqsədi ilə qaçaqmalçılıq yolu ilə gətirilə də bilər.

Münaqişənin maliyyələşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Müharibə iqtisadiyyatı və siyasi ekologiya elmlərindəki işləri ilə tanınan alim Filip Lö-Bilon "münaqişə resursları" arqumentini belə təsvir edir ki, ən qiymətli resurslar xüsusilə münaqişədəki daha zəif qüvvələr üçün əlçatan olanlardır və bu resurslar onları "motivasiya" edə və fəaliyyətlərini davam etdirməyə xidmət edə bilir.[4] Buna baxmayaraq qlobal bazarlardakı əmtəə qiyməti silahlı münaqişə iştirakçıları üçün təbii sərvətin iqtisadi dəyərinin ölçülməsi üçün doğru etalon deyil.

Qiymətli daşlar öz dəyərlərinə görə olduqca yüngül və kiçikdirlər ki, bu da onları "qarət üçün əlverişli" edir.[5] Digər tərəfdən qızıl, kimberlit kimi qiymətli faydalı qazıntıların dərindən çıxarılması kapital tutumlu obyektin istismarını və saxlanılmasını tələb edir və alüvial çöküntülər əksinə, sadə alətlərdən istifadə etməklə ucuz şəkildə istismar edilə bilər. Buna görə də allüvial almazlar daha asan istismar olunur.

  1. Conflict Diamonds. United Nations Department of Public Information, March 21, 2001, archived online 23 October 2013.  (ing.)
  2. "Conflict resources: from 'curse' to blessing" Arxivləşdirilib 2022-12-24 at the Wayback Machine by Ernest Harsch. Africa Renewal: January 2007. (ing.)
  3. "Global Summary 2008" (PDF). Kimberley Process Certification Scheme. 2011-07-26 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  4. Le Billon, Philippe. "Diamond Wars? Conflict Diamonds and Geographies of Resource Wars". Annals of the Association of American Geographers. 98 (2). 2008-04-14: 345–372. doi:10.1080/00045600801922422. ISSN 0004-5608.
  5. Auty, Richard. "Natural resources and civil strife: a two-stage process". Geopolitics. 9 (1). March 2004: 29–49. doi:10.1080/14650040412331307822. ISSN 1465-0045.