Qanköçürmə

Köçürülən qan həmişə qırmızı hüceyrəyə, trombositə və təzə dondurulmuş plazma komponentlərinə yeridilir.Qırmızı hüceyrələr adekvat oksigeni təmin etmək üçün anemiyada köçürülür.Trombositlər, qanaxmanın idarə olunması üçün və ya trombositlərin sayı və ya fəaliyyəti kifayət qədər olmadıqda  hemostazı inkişaf etdirmək üçün göstərilmişdir.Qanaxma bir neçəlaxtalanma faktorunun eyni vaxtda çatışmazlığından  qaynaqlanırsa təzə dondurulmuş plazma laxtalanma amillərini  əvəz etmək üçün köçürülür.Trombositlər, qanaxmanın  idarə olunması üçün, və ya trombositlərin sayı və ya fəaliyyəti kifayət qədər olmadıqda hemostazı inkişaf etdirmək üçün göstərilmişdir."?>İlk tibbi yardım göstərilən stasionar xəstəxanalarında, anemiya üçün nəzərdə tutulmuş digər müalicələr təsirsiz olduqda qan məhsulları adətən simptomatik xroniki anemiyanın müalicəsində istifadə olunur.Xəstənin evində  tətbiq olunan qan köçürmələrində, qan köçürülməsi üçün nəzərdə tutulmuş davranış  kodeksinə  ciddi şəkildə riayət edilməlidir. Evdə qan köçürülməsi xəstənin ilk qan  köçürməsi olmamalıdır. Evdə qan köçürülməsi yalnız xəstəxana şəraitində əvvəllər problemsiz qan köçürülmüş xəstələr üçün tövsiyə olunur.

Qanköçürmə
XBT-9 99.0
XBT-9-KM 99.0
MeSH D001803
MedlinePlus 000431
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hansı qan qrupu hansına qan bağışlaya bilər

[redaktə | mənbəni redaktə et]
bağışlayan
O- O+ B- B+ A- A+ AB- AB+
Alıcı AB+
AB-
A+
A-
B+
B-
O+
O-

Qanalmadan əvvəl keçirilən yoxlamalar

[redaktə | mənbəni redaktə et]
Qədim qanköçürmə üsulunda istifadə edilən şüşə.

Qüsurların aşkar edilməsi məqsədilə qanalma üçün istifadə olunan qablar qanalmadan əvvəl və sonra yoxlanılmalıdır. Qab istifadədən əvvəl təyin olunmuş antikoaqulyant məhlulunun tərkibinə və xarici görünüşünə görə yoxlanılmalıdır. Açıldıqdan sonra torbaların və yarlığın üzərində nəmlik və ya onların rənginin dəyişməsi müşahidə olunarsa, həmin qablardan istifadə etmək olmaz.

Hər bir götürülən qanın gözlə və cihazla oxuna biləcək xüsusi tanınma nömrəsi olmalıdır. Xüsusi tanınma nömrəsində qanı götürən müəssisənin kodu, qanın götürülmə ili və seriya nömrəsi göstərilir. Yarlıqvurma sistemi qan müəssisəsi tərəfindən donor və donor qanı haqqında qeyd olunmuş bütün məlumatların izlənməsinə imkan verməlidir.

Diqqətli yoxlama donor haqqında fərdi məlumatların yarlıqda olan məlumatlarla eyniliyindən ibarətdir.

Bölüşdürülmə və daşınma

[redaktə | mənbəni redaktə et]
Səyyar qan köçürmə stansiyası

Qan, qan komponentlərinin bölüşdürülməsi xəstəxana və ya qan xidməti müəssisəsinin (qan bankı) rəhbərliyi tərəfindən həyata keçirilir. Bu zaman cərrahi əməliyyatlara məruz qalanlara, doğuş vaxtı qan itirənlərə, bədbəxt hadisə zamanı zərər çəkənlərə, irsi qan xəstələrinə üstünlük verilir.

Qan, qan komponentləri onlar üçün təsdiq olunmuş və daşınmanın maksimal müddəti ərzində temperatur rejiminin saxlanılmasına şərait yaradan sistem vasitəsilə daşınmalıdır.

Daşınma vaxtı istifadə edilən konteynerlər lazımi avadanlıqla təchiz olunmalı, asanlıqla təmizlənməli və onların istifadəsi çətinlik yaratmamalıdır. Soyuducu nəqliyyatdan istifadə edildikdə, soyuduculara nəzarət prinsipləri həyata keçirilməlidir.

Təsdiq olunmuş daşınma sistemləri maksimal daşınma müddətinin sonunda (24 saat) temperatur rejiminin +10 °C-dən çox olmamasını təmin etməlidir. Qan komponentləri tövsiyə olunan temperatur şəraitində daşınmalıdır.

Daşınma vaxtı temperatura nəzarət məqsədilə müvafiq temperatur indikatorlarından istifadə etmək məsləhət görülür.

Yuyulmuş qırmızı qan hüceyrələri

[redaktə | mənbəni redaktə et]

Təsdiqlənmiş İmmunoqlobulin A (serum IgA< 0.05 mg/l) çatışmazlığı olan xəstələr üçün. Tez-tez qan köçürülən anti-IgA antitelləri olmayan IgA çatışmazlığı olan xəstələr üçün. Qırmızı hüceyrə köçürülməsi ilə əlaqəli təkrarlanan şiddətli allergik tipli köçürmə reaksiyaları (qızdırma, ümumiləşdirilmiş övrə və ya təngnəfəslik) olan pasientlər üçün yuyulmuş qırmızı hüceyrələr hazırlandıqdan sonra 24 saat ərzində istifadə edilməlidir. Köçürmə təcili olduğundan, yuyulmuş qırmızı hüceyrələr vaxtında hazır olmadıqda (yuyulma 2-3 saat çəkir), mümkün anafilaktik reaksiyanı idarə etməyə hazır olanda standart məhsullardan istifadə edilməlidir.

Xarici linklər

[redaktə | mənbəni redaktə et]