Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qanlı İsmayıl (1810–1843) – qaçaq.
Qanlı İsmayıl | |
---|---|
İsmayıl bəy Rzaqulu bəy oğlu Sarıcalı-Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Şirvanlı, Bərdə rayonu |
Vəfat tarixi | |
Vəfat yeri | Bərdə |
Rzaqulu bəyin üçüncü oğlu İsmayıl bəy 1810-cu ildə İyürmidörd mahalının Şirvanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Rus dövlətinə qarşı çıxmış, qaçaq düşmüşdü. Qanlı İsmayıl ayaması ilə tanınırdı.
Baba bəy Şakir yazırdı:
Deyirlər, bu saat Qanlı İsmayıl,
Bir milyon dövlətə olmayır qayıl;
Kəsib Əriklini misli-Əzrayıl,
Bac alır hər gələn karvana dönüb…
Rus tədqiqatçısı 1844-cü ildə yazır: "Güclənən quldurluq və qarətçiliyin səbəbləri. Qarabağda güclənən quldurluq və qarətçiliyin səbəbləri və həmişə güclənməsi bağlıdır: a) Qarabağın xan soyunun və bəylərin saxtakarlara himayədarlığı, b) vilayətdə köçərilərin çoxluğu, v) cinayətlərin məsuliyyətə cəlb edilməməsi:
a)Qarabağ bəyləri ən azı 2 min nəfər kişi cinsindəndir, 8–10 nəfəri çıxmaqla, qalanı oğru və quldurları qoruyur, himayə edir, qanun izləyicilərindən gizlədir, nəinki öz malikanələrində, hətta öz evlərində saxlayırlar. Rəislərə onları yaxşı adam kimi qələmə verir, öz rəiyyətlərini quldurluğa təhrik edirlər. Çoxları da onlara özlərini nümunə kimi göstərirlər. Xüsusiyyətlə, xan ailəsindən olanlar bu keyfiyyətdə fərqlənirlər. Məşhur qaçaq Qanlı İsmayıl onların soyuna mənsubdur".
Müəllif qeydiyyatda yazır ki, Qanlı İsmayıl keçən il yoldaşı Gülməmməd tərəfindən öldürüldü. Gülməmməd atamanını bəylərin tapşırığı ilə öldürmüşdür. Qorxurdular ki, Qanlı İsmayıl tutularsa, onların cinayətlərinin üstü açılacaq.
Baharlı onun haqqında yazır: "Və yenə bir qaçaq ki, İsmayıl bəy imiş. Cavanşir mahalının Amaniyan qurdlarının (Qurd – Bərdə) obasından çıxıb, qraf naçalnikin vaxtında bu da çox işlər edib ki, onun tutuduğu işləri yazmaq mümkün deyil. Çox poçt dağıdıb və çox bəlalar xalqın başına gətiribdir. Ələ düşməyib, gedib Sultanbud təpəsində oturub və o ətrafdan bir nəfər qoca övrət gətirib, o qocaya bir dəst libas verib təmamən qırmızı. O qarıya deyib: – Hərgah bunları çıxardasan, gəlib evini dağıdağacam. Hər kəs səndən soruşa ki: A qarı nənə, bu nə qırmızı paltardı geymisən. Cavab verir ki: İsmayıl dövranıdır. Belə olar bir müddət. Bu növlə keçərdi. Sonra öz yoldaşı Gülməmməd nam yatdığı yerdə öldürmüşdü və gəlib naçalnikə xəbər gətirmişdi ki, İsmayılı öldürdüm. Və qraf-naçalnik hökm edib ki, İsmayılın meyidini qalaya gətiriblər. Tamam qala əhli tamaşaya gedib baxırmışlar. Naçalnik gəlib İsmayılın uzun bığları var imiş, tutub bığından silkələyib deyib:
— Necədi, a İsmayıl bəy! Yenə qoçaqlıq edəcəksənmi? Və bunun axırı bu tövr olubdur[1].
Qanlı İsmayıl bəy 1843-cü ildə qaçaq yoldaşı Gülməmməd tərəfindən öldürülüb.
İsmayıl bəyin İsmayıl bəy adlı oğlu vardı.