Qanlı Yanvar (film)

Qanlı YanvarVahid Mustafayev[2] tərəfindən çəkilmiş 2015-ci il istehsalı Azərbaycan filmidir.[1][3]

Qanlı Yanvar
Janr dram
Rejissor Vahid Mustafayev
Prodüser Mir Şahin
Ssenari müəllifi Vahid Mustafayev
Baş rollarda Nəbahat Çehrə
Faiq Mirzəyev
Azər Aydəmir
Leyn Devis
Mina Seyid-Məmmədova
Tamilla Həmidova
Operator Əfşin Əlizadə
Bəstəkar Arya Əziminejad
Rəssam Mina Soltan
İstehsalçılar MNS[1]
Bakı Film[1]
Azərbaycan Respublikası[1]
Kanal ANS
[TRT1]
İlk baxış tarixi 19 yanvar 2015[1]
Müddət 185 dəqiqə
Ölkələr Azərbaycan Azərbaycan
Dillər Azərbaycanca
Rusca
İngiliscə
İl 2015
Rəng Rəngli
Çəkiliş yeri Azərbaycan Azərbaycan
IMDb ID4372746

20 yanvar 1990-cı il. O gün Azərbaycan xalqının tarixində Qanlı Yanvar kimi qalacaq. Məhz həmin gün Azərbaycan adlı kiçik bir respublika öz milli azadlıq və müstəqilliyi uğrunda böyük bir imperiya ilə mücadiləyə qalxdı və SSRİ ordusu tərəfindən öz qanına qəltan edildi. Azərbaycan şəhərlərinə daxil olan Sovet ordusu, tank və digər ağır texnika ilə qarşısına çıxanı qırırdı. Ən böyük toqquşmalar paytaxt Bakıda baş vermişdi. 140-a yaxın yerli sakin və 30-a qədər əsgər və zabit həlak olmuşdu. Qəlblərindəki Azadlıq Yanğısı ilə alışan gənclər və yeniyetmələr ən şirin nemət olan həyatlarından belə keçməyə hazır olduqlarını meydana qoydular. “Qanlı Yanvar” filmi həmin hadisəni bizə bir azərbaycanlı ailəsinin-Nərimanovların gözü ilə göstərir. İki qardaş, KQB zabiti, kommunist Nəcəf və sovet ordusunun keçmiş zabiti, indi demokrat –inqilabçı Mehdi, əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıb. Mehdinin nişanlısı (Larisa) öldürüldükdən sonra Mehdinin sevgisi vətənə keçmiş və Azərbaycanın müsteqilliyine göre savaşır. Dramanın mərkəzində, onları boya-başa çatdıran ANA — Xədicə xanın bir sipər kimi dayanır. Hər iki qardaş Azərbaycanı çiçəklənən və firavan görmək istəyir. Xədicə xanımın sözləri ilə desək “...sadəcə onların yolları və yoldaşları ayrıdır!” Vətən, ana və ailə məhəbbətlərinin qarşılaşdırıldığı film sonadək hər kəsin öz həqiqətini tanıyır. Amma bütün həqiqətlərdən ali bir həqiqət də var... Qanlı Yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafayev filmdə real hadisələri canlandırmağa və qarşıda duran bir sıra suallara da cavab tapmağa çalışıb — Müstəqilliyin qiyməti, Anaların və Övladların məsuliyyəti necə hesablanır, ümumiyyətlə əlində silah olan bir kəs ədalətli ola bilərmi...

  • Mükafat (Monreal Dünya Film Festivalı) — 2015[4]

Bəzi tənqidçilərin fikrincə, filmdə cərəyan edən hadisələr həqiqətdən uzaqdır. Ekran işində “20 Yanvar” hadisələrində şəhid olmuş 13 yaşlı Larisa Məmmədova qeyri-rəsmi münasibətdən hamilə qalmış və ruslar tərəfindən zorlanmış gənc xanım olaraq, göstərilib. Hətta filmdə qadınların siqaret çəkmələri, söyüş söymələri, cavanların hadisə öncəsi kef məclisi qurmaları və silahlı təsvir olunmaları ciddi narazılığa səbəb olub. “20 Yanvar” şəhidi olan Larisanın atası Fərman Məmmədov:filmə baxanlar bizə bildirirlərki Larisanı orda tam fərgli obrazda göstərilblər.13 yaşlı uşaqı qənc gız,qeyri-rəsmi nikahdan önce hamile qalmış qənc qız obrazında gösteribler.[5]

"20 Yanvar" Cəmiyyətinin sədri, hadisələrin canlı şahidi Soltan Əzimov “O filmin 20 Yanvar hadisələrinə heç bir aidiyyatı yoxdur, o film elə Vahid Mustafayevin şəxsi düşüncəsində olan bir filmdir” deyə bildirib.[6]

  • “Qanlı Yanvar” bədii filminin yaradıcı və işçi heyəti ilə görüş //Respublika.- 2014.- 3 dekabr.- S.8.
  • “Qanlı Yanvar” filminin aktyorları Bakıda...: Vahid Mustafayev: “Bu film gələcək nəsillər üçün böyük rol oynayacaq”: [rejissor Vahid Mustafayevin eyniadlı filminin mətbuat konfransı haqqında] //Üç nöqtə.- 2014.- 3 dekabr.- S.13.
  1. 1 2 3 4 5 6 7 8 Şahin Həbibov. ""Qanlı Yanvar" filmindən ilk görüntülər (FOTO, VİDEO)" (az.)). anspress.com. 2015-01-10. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  2. Estoniyalı tamaşaçılar “Qanlı Yanvar” filmindən çox təsirləndiklərini bildirirlər: [Vahid Mustafayevin eyniadlı filmi haqqında] //İki sahil.- 2015.- 20 noyabr.- S.24.
  3. 1 2 3 ""Qanlı Yanvar" filminə baxış (FOTO)" (az.)). az.trend.az. 2014-12-15. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  4. “Qanlı Yanvar” filmi mükafata layiq görülüb: [Vahid Mustafayevin çəkdiyi film Monreal Dünya Film Festivalında] //Mədəniyyət.- 2015.- 4 sentyabr.- S.4.
  5. ""13 yaşlı qızımın biədəb təsvir edilməsi məni incidir" — Şəhid Larisanın atası "20 Yanvar" filmindən danışdı,". 2019-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.
  6. "Larisa Məmmədovanın atasından Vahid Mustafayevə: "Gülləni vurasan başına"". 2019-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]