Mir Şahin

Mirşahin Dilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu[2]) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı.[3]

Mir Şahin
Mirşahin Dilavər oğlu Ağayev
Digər adları Mir Şahin, Mirşahin Ağayev
Doğum tarixi 12 noyabr 1963(1963-11-12) (59 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı Səbinə Ağayeva
Uşaqları Təyyar Ağayev
Çingiz Ağayev
Aysan Ağayeva[1]
Sevin Ağayeva
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti jurnalist
Mükafatları 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2008

Həyatı[redaktə | mənbəni redaktə et]

Mir Şahin Ağayev 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. VahidSeyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır.

1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.

2018-ci ildə "Real Təhlil və İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətini yaradan Mir Şahin elə həmin ildən cəmiyyətin və onun nəzdində olan Real Televiziyasının rəhbəridir. 2022-ci ildən isə Mir Şahinin rəhbərliyi ilə Real FM radiostansiyası fəaliyyətə başlayıb.

Ailə həyatı[redaktə | mənbəni redaktə et]

Jurnalist Səbinə Ağayeva ilə evlidir, iki oğul və iki qız atasıdır.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülən Mir Şahin Ağayev, Prezident İlham Əliyevin 22 iyul, 2020-ci il Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gecce. "Mirşahinin oğlanları və qızı" (az.). gecce.az. 29.06.2014 22:09. İstifadə tarixi: 2014-06-30.[ölü keçid]
  2. 1 2 Freebase Data Dumps. Google.
  3. [http://e-qanun.az/print.php?internal=view&target=1&docid=15590&doctype=0[ölü keçid] Azərbaycan Respublikasında televiziya işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2008-ci il tarixli, 24 nömrəli Sərəncamı. e-qanun.az  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]