Qanlı töyrə — Qazax şəhərindən 3 km Şimal-Qərbdə Eneolit və son Tunc dövrlərinə aid abidə.
Uzunmüddətli yaşayış nəticəsində yaranmış təpənin hündürlüyü 4 metrdir. Qanlı töyrədə yaşayış Neolit dövründə (e.ə. V-IV minilliklər) başlamışdır. Maddi-mədəniyyət qalıqları Şomutəpə mədəniyyəti üçün xarakterikdir. Tunc dövrünün sonlarında (e.ə. II minillik) Qanlı töyrə yenidən yaşayış yeri olub. Bu dövrün arxeoloji materialları Xocalı-Gədəbəy mədəniyyətinə aiddir.