Qanqut döyüşü

Qanqut döyüşü (isv. Sjöslaget vid Hangö udd, Şyeclaqet vid Qanne-Udd və ya Slaget vid Rilax, Slaqet vid Rilaks; fin Riilahden meritaistelu, Riilaxden meritaystelu) — 1714-cü il 27 iyulda (7 avqust) Baltik dənizindəki Qanqut burnu (Xanko yarımadası, Finlandiya) ətrafında Rusiya donanması və 10 gəmidən ibarət İsveç heyəti arasında 1700–1721-ci illər Şimal müharibəsi çəvriçəsində baş vermiş dəniz döyüşü. Rusiya donanmasının Rusiya tarixində ilk hərbi dəniz qələbəsi.

Qanqut döyüşü
Şimal müharibəsi
Qanqut döyüşü, Mavriki Bakuanın qravyurası
Qanqut döyüşü, Mavriki Bakuanın qravyurası
Tarix 27 (3) iyul 1714-ci il
Yeri Baltik dənizi, Xanko yarımadasının yaxınlığında, isv. Hangö udd, Qannye-Udd ~ azərb. Qanqut‎, 59°56'14"N, 23°4'54"E
Səbəbi Şimal müharibəsi
Nəticəsi Rus donanmasının qələbəsi
Münaqişə tərəfləri

Rusiya çarlığı

İsveç

Komandan(lar)

I Pyotr
Fyodor Apraksin

Qustav Vattranq
Nils Erenşeld

Tərəflərin qüvvəsi

99 qalera, qayıq və köməkçi gəmilər, 15 min desant

1 qayıq, 6 qalera və 3 şxerbot, 941 dənizçi

İtkilər

127 ölü (8 zabit), 342 yaralı (1 komandir, 16 zabit), 232 əsir (7 zabit). Ümumilikdə - 701 nəfər. (o cümlədən - 1 komandir, 31 zabit)

1 qayıq, 6 qalera, 3 qayıq, 361 ölü (9 zabit), 580 əsir (1 admiral, 17 zabit) (bunlardan 350 nəfər yaralanmışdır). Ümumilikdə - 941 nəfər. (o cümlədən 1 admiral, 26 zabit), 116 top

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Döyüşdən əvvəlki vəziyyət

[redaktə | mənbəni redaktə et]

1714-cü ilin yazına qədər Finlandiyanın cənubu və demək olar ki, bütün mərkəzi hissələri rus qoşunları tərəfindən işğal edildi. Rusiyanın isveçlilərin tam nəzarətində olan Baltik dənizinə çıxışı məsələsini birdəfəlik həll etmək üçün İsveç donanmasını məğlub etmək tələb olunurdu.

1714-cü il iyun ayının sonunda admiral-general Fedor Matveyeviç Apraksinin komandanlığı altında avarlı gəmilərdən ibarət rus donanması (99 qalera, qayıq və köməkçi gəmilər) Qangutun şərq sahillərində (Tverminn buxtasında) yerləşdi. Bunda əsas məqsəd Abodakı (Qanqut burnundan 100 km şimal-qərbdə) rus qarnizonunu gücləndirmək üçün qoşunlarının sahilə çıxması idi. Rus donanmasının qarşısını Qustav Vattranqın komandanlığı ilə İsveç donanması (15 döyüş gəmisi, 3 freqat, 2 bombardımançı gəmisi və 9 qalera) kəsmişdi.

I Pyotr (şautbenaxt Pyotr Mixayloviç) taktiki manevrdən istifadə etdi. O, qaleralarının bir hissəsini 2,5 kilometr uzunluğunda olan bu yarımadanın içi ilə Qanqutun şimalındakı əraziyə köçürmək qərarına gəldi. Planı həyata keçirmək üçün xüsusi taxta döşəmə inşasına əmr verdi. Bu haqda öyrənən Vattranq, yarımadanın şimal sahilinə gəmi dəstəsi göndərdi (18 toplu pram "Elephant", 6 qalera, 3 skerbot). Dəstəyə kontr-admiral Erenşeld rəhbərlik edirdi. Vitse-admiral Lillin komandanlığı altında başqa bir dəstəni isə o, (8 döyüş gəmisi və 2 bombardmançı gəmi) Rusiya donanmasının əsas qüvvələrinə zərbə endirmək üçün istifadə etmək qərarına gəldi.

Aleksey Boqolyubovun şəkli.

Pyotr belə bir qərar gözləyirdi. O, düşmən qüvvələrinin bölünməsindən yararlanmaq qərarına gəldi. Hava şəraiti də onun tərəfində idi. İyulun 26-da səhər küləksiz hava şəraiti İsveç yelkənli gəmilərinin manevr qabiliyyətini itirməsinə səbəb oldu. Kamandor Matvey Xristoforoviç Zmayeviçin komandanlığı altında rus donanmasının (20 gəmi) ön hissələri irəli atıldı. Onlar İsveç gəmilərini keçərək onlardan açılan yaylım atəşindən uzaq məsafədə qalmağı bacardılar. Onun ardınca başqa bir dəstə də (15 gəmi) irəli atıldı. Bununla da taxta döşəyərək quru ilə gəmiləri keçirməyə ehtiyac qalmadı. Zmayeviçin dəstəsi Erenşeldin bölməsini Lakkisser adasında sıxışdırdı.

Rus gəmilərinin digər birləşmələrinin də eyni şəkildə irəliləməni davam etdirəcəyini güman edən Vattranq Lillin heyətini geri çağırdı. Bu hərəkəti ilə o, sahil kənarını azad edir. Fürsətdən istifadə edən Apraksin, avarlardan ibarət donanmasının əsas qüvvələri ilə sahil kənarından öz avanqardına tərəf getdi. İyulun 27-də saat 14-də 23 gəmidən ibarət rus avanqardı Erenşeldin heyətinə hücum etdi. O, gəmilərini üzü adaya doğru söykənən iki cinah üzrə düzmüşdü. İlk iki hücumu isveçlilər gəmi toplarından atdıqları atəşlə dəf edə bildilər. Üçüncü hücüm düşmənin artilleriyadan istifadəsini zərərsizləşdirmək məqsədi ilə cinahlara edildi. Tezliklə onlar abordaja alınaraq tutuldular. I Pyotrda gəmiyə hücumda şəxsən iştirak etdi. Ağır döyüşdən sonra İsveç donnanmasının flaqmanı — pram "Elefant" təslim oldu. Erenşeld heyətinin bütün 10 gəmisi ələ keçirildi. İsveç donanmasının qüvvələrinin bir hissəsi Aland adalarına doğru çəkilməyi bacardı.

Qnqut döyüşü xəritəsi.
Sıtinin hərbi ensiklopediyası

Yeri gəlmişkən, Sankt-Peterburq tədqiqatçısı P. A. Krotov arxiv sənədlərini araşdıraraq, döyüşün ənənəvi qavranılmasında bir sıra qeyri-dəqiqliklərə işarə etmişdir. O, döyüşdə üç hücum olmadığını, ancaq birinin baş verdiyini göstərmişdir (üç hücum olmasını isveçlilər inadkar müqavimət göstərdikləri görüntüsü yaratmaq üçün uydurmuşdular). Alim tədqiqatın nəticələrini "1714-cü ildə Qanqut Döyüşü" monoqrafiyasında təsvir etmişdir.[1]

Qanqut yarımadasındakı qələbə, Rusiyanın müntəzəm donanmasının ilk böyük qələbəsi idi. Bu qələbə ona həmən Fin həm də Botnik körfəzində hərəkət etmə azadlığı və Finlandiyadakı rus qoşunlarına effektiv dəstək verdi. Qanqut döyüşündə rus komandanlığı isveçlilərin xəttli yelkənli donanmasına qarşı mübarizədə avarlardan ibarət donanmanın üstünlüklərindən effektli şəkildə istifadə etdi. Ruslar donanma qüvvələrinin və quru qoşunların qarşılıqlı əlaqəsini məharətlə təşkil etmiş, taktiki gediş və hava şəraitindəki dəyişikliklərə çevik reaksiya vermişdi. Həmçinin onlar rəqibin manevrlərini əvvəlcədən anlamağı və onlara öz taktiki gedişlərini tətbiq etməyi bacardı. Ayrıca Qanqut döyüşü donanma tarixində abordaj döyüş üsulunun tətbiq edildiyi son böyük döyüşlərdən biri idi.

Bu döyüşün nəticəsinə görə I Pyotr vitse-admiral rütbəsi aldı.

1714-cü ilin sentyabrında Sankt-Peterburqda Qanqut qələbəsi münasibətilə təntənə təşkil edildi. Qaliblər filin arxasında oturan qartal təsvir olunan zəfər tağının altından keçdilər ("Elefant" rus dilinə "fil" kimi tərcümə olunur). Yazıda deyilirdi: "Rus qartalı milçək tutmur."

"Elefant" birdə döyüşlərdə iştirak etmədi, Kronverks boğazında Davşan adasının şimalında saxlanılan qənimət kimi ələ keçirilən digər gəmilərlə birlikdə lövbər saldı (müasir Artilleriya Muzeyi ilə Petropavlovsk qalası arasında). 1719-cu ildə çar "Elefant"ın təmir edilməsini, 1724-cü ildə — Kronverkski limanında sahilə çıxarılmasını və müharibə qəniməti kimi əbədi olaraq saxlanılmasını əmr etdi. Lakin 1737-ci ilə qədər gəmi çürüdü və oduna döğranıldı.[2].

Tərəflərin itkiləri

[redaktə | mənbəni redaktə et]

Döyüş zamanı isveçlilər 361 nəfərin öldüyünü, 350 nəfərin yaralandığını, qalanlarının əsir düşdüyünü bildirdi.

Ruslar ölü kimi 127 nəfəri itirdilər, onlardan 8-i qərargah və ober zabitlər, 101-i uryadnik və sıravi, 1-i "xidmət etməyən" və 14-ü dənizçilərdən aşağı rütbəlilər. 342 nəfər isə yaralandı.

Qanqut döyüşü şərəfinə adı verilən gəmilər

[redaktə | mənbəni redaktə et]
  • Qanqut — 1719-cu ildə suya buraxılan rus donanmasının yelkənli döyüş gəmisi.
  • Qanqut — 1825-ci ildə suya buraxılan rus donanmasının yelkənli döyüş gəmisi.
  • Qanqut — 1890-cı ildə suya buraxılan rus donanmasının döyüş gəmisi.
  • Qanqut — 1911-ci ildə suya buraxılan Rusiya və Sovet donanmasının linkoru
  • qanqut — 1886U layihəsinin Sovet və Rusiya donanmasının idarəetmə gəmisi.
  1. Кротов П. А. Гангутская баталия 1714 года. — СПб.: Лики России, 1996. — 248 с. — 2 000 экз. — ISBN 5-87417-024-3.
  2. "Эпоха Петра I, войны с Турцией, Северная война, войны с Персией". Archived from the original on 2015-05-18. İstifadə tarixi: 2020-02-13.
  • Гангеутское морское сражение // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  • Кротов П. А. Гангутская баталия 1714 года. — СПб.: Лики России, 1996. — 248 с. — 2 000 экз. — ISBN 5-87417-024-3.
  • Mattila, Tapani (1983). Meri maamme turvana [Sea safeguarding our country] (in Finnish). Jyväskylä: K. J. Gummerus Osakeyhtiö. ISBN 951-99487-0-8.