Qant diaqramı (ing. Gantt chart, rus. Диаграмма Ганта) — Sütunlu diaqramın populyar növü. Əsasən layihələrin planını, işlərin qrafikini təsvir etmək üçün istifadə olunur. Layihələrin planlaşdırılması metodlarından biridir. Layihələrin idarəolunması üzrə həm masaüstü sistemlərdə, həm də veb-proqramlarda istifadə olunur. Diaqramın ilk formatı 1910-cu ildə Henri L.Qant (Henry Gantt, 1861–1919) tərəfindən işlənib hazırlanıb. İş planlaması tələb edən bir çox sektorda istifadə olunduğundan aktuallığını hələ də qorumaqdadır.
Qant diaqramı 2 əsas hissədən ibarətdir: görüləcək işlərin adlarının qeyd olunduğu hissə və görüləcək işlərin başlama ilə bitmə zaman aralığı. Zaman aralığı düzbucaqlı formasında təsvir olunur. Düzbucaqlının uzunluğu işin görülmə aralığı ilə uzlaşır. Belə ki, düzbucaqlı işin başlama tarixi və bitirilmə tarixi boyunca uzanır.
Aktivlik | Daşıyıcı | Təxmini vaxt | Gözlənilən vaxt | ||
---|---|---|---|---|---|
Opt. (O) | Normal (M) | Pess. (P) | |||
A | — | 2 | 4 | 6 | 4.00 |
B | — | 3 | 5 | 9 | 5.33 |
C | A | 4 | 5 | 7 | 5.17 |
D | A | 4 | 6 | 10 | 6.33 |
E | B, C | 4 | 5 | 7 | 5.17 |
F | D | 3 | 4 | 8 | 4.50 |
G | E | 3 | 5 | 8 | 5.17 |
Qant diaqramına örnək.