Qanun naminə — Heydər Əliyev salnaməsi — Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifliyi əsasında hazırlanmış sənədli film.
Qanun naminə - Heydər Əliyev salnaməsi (film) | |
---|---|
Janr | Sənədli film |
Əsas mövzu | Heydər Əliyevin Azərbaycan Respublikası Baş Prokurorluğuna yüksək diqqət və qayğısı. |
Rejissor | Bəhruz Əliyev |
Operator | Sərxan Mədətli |
İlk baxış tarixi | 09.05.2022 |
Yayımlanma yeri | Xəzər TV |
Ölkə | Azərbaycan |
Dil | azərbaycan |
İl | 2022 |
Filmdə Heydər Əliyevin prokurorluğa yüksək diqqət və qayğısı, mütəmadi dəstəyi, onun rəhbərliyi ilə həyata keçirilmiş islahatlardan söhbət açılır, həmçinin görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısı barədə məlumatlar, o cümlədən prokurorluğun veteran əməkdaşlarının xatirələri yer alıb.
Film Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Baş Prokurorluqda "Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu" mövzusunda keçirilən tədbirdə təqdim edilib.[1]