Qanun naminə - Heydər Əliyev salnaməsi (film)

Qanun naminə — Heydər Əliyev salnaməsiHeydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifliyi əsasında hazırlanmış sənədli film.

Qanun naminə - Heydər Əliyev salnaməsi (film)
Janr Sənədli film
Əsas mövzu Heydər Əliyevin Azərbaycan Respublikası Baş Prokurorluğuna yüksək diqqət və qayğısı.
Rejissor Bəhruz Əliyev
Operator Sərxan Mədətli
İlk baxış tarixi 09.05.2022
Yayımlanma yeri Xəzər TV
Ölkə Azərbaycan
Dil azərbaycan
İl 2022

Filmdə Heydər Əliyevin prokurorluğa yüksək diqqət və qayğısı, mütəmadi dəstəyi, onun rəhbərliyi ilə həyata keçirilmiş islahatlardan söhbət açılır, həmçinin görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısı barədə məlumatlar, o cümlədən prokurorluğun veteran əməkdaşlarının xatirələri yer alıb.

Film Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Baş Prokurorluqda "Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu" mövzusunda keçirilən tədbirdə təqdim edilib.[1]

Yaradıcı heyət

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev- İdeya müəllifi
  • Baş prokurorun müavini Heydər Məmmədov- Məsul redaktor
  • Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov- Redaktor
  • Azərbaycan Respublikasının xalq artisti Nürəddin Mehdixanlı– Aparıcı
  • Bəhruz Əliyev- Quruluşcu rejissor
  • Şəbnəm Xeyrulla– Ssenari müəllifi
  • Sərxan Mədətli- Operator
  • Royal quluzadə- Quruluşcu operator
  • Emin Mahmudov- Səs rejisoru
  • Məhəmməd Hətəmov- Rəng korreksiyası və montaj
  1. ""Qanun naminə-Heydər Əliyev salnaməsi" sənədli filminin təqdimatı baş tutub" (az.). Azərbaycan Respublikasının Baş Prokurorluğu. 09.05.2022. Archived from the original on 2022-12-16. İstifadə tarixi: 2 dekabr 2022.