Qarğabazar dağı

Qarğabazar dağı

Qarğabazar dağı
Qarğabazar dağı

Oronimi Altay dillərində (eveng, mancur və türk dillərində) karqa "cərgə", "sıra", "silsilə", "dil formalı şiş uclu qaya", "üst-üstə düşmüş buzlaq daşları"[1] və bazar "bir şeyin (adamların, quşların və hətta cansız obyektlərin, məsələn, buzlaq daşlarının) bol yeri, yığım yeri"[2] sözlərindən ibarətdir. Qədim türklərdə Bazar və Karqa adlı tayfalar da vardı [3] [4][5]. Azərbaycanda, ERmənistanda, Orta Asiyada, Altayda və Qazaxıstanda toponimlərdə qarqa və bazar sözlərinin hər iki mə'nasını ifadə edən çoxlu toponimlər vardır. Azərbaycanda Bazar-Yurdu və Bazar-Düzü dağ adları da şübhəsiz, məhz Qarğabazar oronimində olduğu kimi, bazar coğrafi terminindən yaranmışdır. Qarğabazar dağının adı sonra yaşayış məntəqə adına çevrilmiş və əhalinin hərəkəti ilə əvvəlcə Naxçıvana (keçən əsrə aid ədəbiyyatda Naxçıvan qəzasında Qarğabazar toponimi qeyd olunmuşdur), oradan da Azərbaycana (Füzuli rayonunda Qarğabazar kəndi vardır) gətirilmişdir.[6]

  1. Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984.
  2. Артамонов М.И. История хазар. Л., 1961.
  3. Гейбуллаев Г.А. О происхождении некоторых этиотопонимов Азербайджана (Галагани, Гаяли, Гаргалыг, Даначи, Дуванни, Улашлы). ДАН Азерб. ССР, 1978, № 11.
  4. Гейбуллаев Г.А. О происхождении некоторых этнотопонимов Азербайджана. (Доланлар, Онгутлу, Араткенд, Абад, Алат, Керки, Кылычлы). “ДАН Азерб. ССР”, 1981, № 2.
  5. Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку, 1986.
  6. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарғабазар дағы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.