Qarşıdurma

Qarşıdurma — iki səma cisminin verilən mövqedən (adətən Yerdən) əks tərəflərdə olmasıdır.

Planetin (asteroidin və ya kometin də ola bilər) qarşıdurması Günəşin əks tərəfində olanda baş verir.