Qar (roman)

Qar (tur. Kar ) - Orxan Pamuk “Qar” romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəl­diyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-cü il­də ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdır. Orxan Pamuk: "Bu, mənim yetərincə çox səs-küy qopartmış ilk və son siyasi romanımdır...."[1] [2]

Qar
türk. Kar
Müəllif Orxan Pamuk
Janr Müasir nəsr
Orijinalın dili Türkcə
Ölkə

{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =

}}
Orijinalın nəşr ili 2002
Tərcüməçi Sevinc Səfərova
Nəşriyyat Qanun Nəşriyyatı
Cild Qalın
Səhifə 528
Növ Roman
ISBN 2000029227967

Məzmunu[redaktə | mənbəni redaktə et]

Yazıçının türk dilində yazdığı romanda əsərin əsas ideyası ilə bağlı tez-tez istifadə etdiyi “Ka” (əsərin əsas qəhrəmanı), “Kar” (əsərin adı və əsas ideyası), “Kars” (hadisələrin cərəyanetdiyi məkan) sözlərinin ahəngi oxucunun diqqətini ilk dəqiqələrdən özünə cəlb edir. On iki ildir Almaniyada sürgün həyatı yaşayan şair Ka Tür­kiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə gedər. Ağır-ağır, həzin-həzin yağan qarın al­tında bu şəhəri qarış-qarış gəzərək Qars sakinləriylə ya­xın­dan tanış olur. Qars tarix boyu dəfələrlə baş vermiş Rus-Türk müharibələrində əldən-əldən keçmişdir. Rusların Ağ dənizə çıxış, türklərin isə Sovetlər Birliyinə bağlanış nöqtəsi kimi bu şəhərin özünəməxsus taleyi var. Qars özündə Şərq və Qərb mədəniyyətlərini birləşdirir. Bu şəhər müxtəlif etnik qurupların: türklərin, kürdlərin, azərilərin, almanların, ermənilərin və s.yaşadığı məkandır. Qars sanki dövlətin nəzərindən kənarda qalmışdır. Əhalisi yoxsul, təhsilin səviyyəsi çox aşağıdır. Qarsda ağzına qədər işsizlərlə dolu çay­xa­na­lar, qastrola gələn səyyah teatr qrupu, intihar edən, hi­cab müqaviməti göstərən qızlar, müxtəlif siyasi qruplar, şa­­­yiələr, “Qarpalas” otelinin sahibkarı Turqut bəylə qızları İpəklə Qədifə və eyni zamanda Ka üçün bir sevgi, xoş­bəxtlik ümidi var. Əsərdə oxucu İran islamçılarının, kürd dindarlarının islamçı təşkilatının, kürd komunist təşkilatının və s. siyası qurumların bir-biri ilə çirkin mübarizə apardığının, iqtidarın isə bunların hər biri ilə ayrı-ayrı haqq-hesab çəkdiyinin şahidi olur. Orxan Pamuk əsəri qar fırtınası ilə başlayır, qarın əriməsi ilə başa çatdırır.Fırtınanın başlaması ilə hadisələr düyünlənir, bitməsi ilə hər şey öz axarına düşür. Burdan aydın olur ki, əsərdə qarın özünəməxsus simvolik mənası var. Ölümündən sonra ondan yadigar qalan ən dəyərli əşya isə Qarsda yazdığı bütün şeirlərinin əlyazması olan yaşıl dəftərdir. Həmin dəftər yazıçının özü - şairin yaxın dostu Orxan Pamuk tərəfindən tapılır. Əsərdə Kanın dəftərində çəkilən aşağıdakı Şəkil 1-də göstərilən qar dənəsi vasitəsi ilə Kanın başına gələn bütün hadisələr oxucunun gözləri önünə sərilir. Orxan Pamuk həmin qar dənəsinin çözümü ilə Kanın ölüm səbəbini araşdırır, Qarsda baş verənlərin izinə düşür, obrazları sorğu-suala çəkərək oxucu üçün qaranlıq olan məsələlərə aydınlıq gətirir.

Şəkil 1. Qarın gizli simmetriyası

Şəkil 1-də göstərildiyi kimi, Ka qar dənəsinin bir-birini kəsən xətlərini insanın tale xətlərinə bənzədir. Bunlar məntiq, xəyal və yaddaş xətləridir. Bu üç məvhum insanı insan edən, digər canlılardan ayıran əsas əlamətlərdir. Həmin xətlərin haçalanmasından yaranan xırda çıxıntılar isə insanı digər fərdlərdən fərqləndirən xüsusiyyətləri ifadə edir. Qarsda yağan qar, artıq dörd ildir ki, bir misra belə yaza bilməyən şair - qəhrəmanımızı ilhama gətirir. Ka, bir-birinin ardınca on doqquz şeir yazır. Misralar sanki qar dənələri kimi haradansa şairin düşüncələrinə yağır. Kanın Qarsa gəlişinin bir səbəbi də onun İpəyə olan sevgisidir. Qəhrəmanı həyata bağlayan, gələcəyi ilə bağlı xəyalını qurduğu yeganə insan İpəkdir. Xəyallar ümiddir, ümidsiz həyat isə dözülməzdir. İpəkdən ayrıldığı gün qəhrəmanın xəyallarının qırılma nöqtəsidir. (Şəkildəki digər xətt - “xəyal”) Kanın İpəkdən sonra Almaniyada yaşadığı miskin həyatına diqqət yetirsək onun “mənəvi ölüm”ünün şahidi olarıq. Bununla da, oxucuya aydın olur ki, “yaddaş”, “xəyal” və onların hər ikisini birləşdirən “məntiq” insanı ifadə edən məvhumlardır. Bunlar arasındakı bağın qırılma nöqtəsi insanın öncə mənəvi, daha sonra isə fiziki ölümünə gətirib çıxarır. Bundan başqa, Tanrı dünyanı “Gizli simmetriya”sı üzərində qurmuşdur. Əslində kənardan oxşar görünən Allahın yaratdığı heç bir simmetrik varlıq bir-birinə bənzəmir. İnsan övladında isə bu daha mürəkkəbdir. İnsanlar nə fiziki, nə də xarakter xüsusiyyətlərinə görə bir-birilərinə bənzəmirlər. Əsəri oxuyan oxucuya bir daha aydın olur ki, dünyanı, insanları, ətrafda başverən siyasi prossesləri və s. tam anlamaq qeyri-mümkündür. Bütün bunlar insan xarakterləri qədər müxtəlif, mürəkkəb və çox şaxəlidir. Yazıçı qarın “Gizli simmetriya”sı ilə insan arasında əlaqə yaradaraq bəzən dolayı, bəzən isə birbaşa yolla Qərblə Şərqin arasında yerləşən Türkiyənin problemlərini açmağa çalışmışdır.[1] [3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Qar". www.qanun.az. 2022-06-18 tarixində arxivləşdirilib.
  2. Orxan Pamuk. Seçilmiş əsərləri (PDF). Şərq-Qərb. 2009. səh. 615. ISBN 978-9952-34-240-6.
  3. "Orxan Pamukun "Qar" romanında qarın simvolikası". www.academia.edu. 2022-04-20 tarixində arxivləşdirilib.