Qaraçöp

QaraçöpGürcüstan Respublikasında əhalisi azərbaycanlılardan ibarət özündə əsasən 8 məhəlləni birləşdirən qəsəbə. Bu məhəllələrə daxildir: Qazılar, Tüllər, Ləmbəli, Keşəli, Muğanlı, Qarabağlı, Düz - Əyrəm və Baldoy.

Qaraçöp qədim döyüşçü türk boyları (əsasən oğuz, az sayda qıpçaq) tərəfindən yurd edilmişdir. Buraya Qarabağ, Gəncə, Qazax və Borçalıdan başqa türkmənlər də köç etmişlər.

Qaraçöp əhalisi demək olar ki, bütünlüklə azərbaycanlılardan ibarətdir. Dini inancları islamdır. Əhali əsasən maldarlıq və ticarətlə məşğul olur. Sovet dövründə əhalinin var-dövləti dövlət tərəfindən müsadirə edilmişdir. Buna görə hətta kənddə üsyan baş qaldırmışdır. Kəndə girə bilməyən əsgərlər onu uzaqdan top atəşinə tutmuşlar. Bundan sonra qadın və uşaqların həyatını xilas etmək üçün kənd müdafiəçiləri müqavimət göstərməyi dayandırmışlar.Səkkiz kəndi özündə birləşdirən Qaraçöp mahalının əhalisi bəzi qeyri-rəsmi məlumatlarda 25 min nəfər olaraq qeyd edilsə də, rəsmi dövlət statistikasında əhalinin sayı daha az qeyd edilir. Ölkədə aparılan 2014-cü il, əhalinin siyahıya alınmasının sonuncu rəsmi statistikasında Qaraçöp əhalisi 17 164 nəfər olaraq göstərilib. Statistikaya əsasən, Qaraçöp əhalisi ümümilikdə Saqareco Bələdiyyəsinin əhalisinin 33,1%-ni təşkil edir. Statistikada sadəcə həmin dövrdə Qaraçöpdə yaşayan əhali qeydiyyata alınıb.

Qədim türk ənənələri bu kəndin mədəniyyətində özünü açıq-aydın göstərir. İnsanlar saza və türkülərə böyük önəm verir. Kişilərin hamısı silahla mahir davrana bilirlər. Bütün türk ellərində olduğu kimi Qaraçöpdə də qonağa böyük hörmət göstərilir.