Qaraçı — XV–XVIII əsrlərdə türk xalqları arasında ən ali feodal titullardan biri.[1] Bu, Yaxın Şərq və Orta Şərqdə işlədilən vəzir titulu ilə eynidir.
"Qaraçı" titulundan Krım xanlığında, Sibir xanlığında, Böyük Noqay Ordasında, Qazan xanlığında və digər dövlətlərdə istifadə edilirdi.[2]
"Qaraçı" ünvanı, adətən, Şirin, Barğın, Arğın və Qıpçaq tayfalarının adamlarına verilirdi.[3] Bu dörd tayfa Krım xanlığının idarə olunmasında iştirak edən və Çingiz xanın soyundan gəlməyən əsas tayfalar idi.
Bəzi mənbələrə görə, Çingiz xan və bir çox qardaşları “Qaraça, Qara Tatar, Xaraçın” alt qrupundan idilər.[4][5] Bu ad həm də Çingizlə bağlı ifadədən götürülüb.[6]
Tatar xalqında belə bir məsəl var: “Ağıllı qaraçı ağıllı insanı xan edər”.[1]
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |