Qaraçuxur qəsəbəsi

QaraçuxurBakının Suraxanı rayonunda qəsəbə.

Qaraçuxur
40°23′48″ şm. e. 49°58′25″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Suraxanı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 51 m
Saat qurşağı
Əhalisi
Əhalisi 87 349 (2020) nəfər
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qaraçuxur xəritədə
Qaraçuxur
Qaraçuxur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1923-cü ildən Kaqanoviç qəsəbəsi, 1939-cu ilin dekabr ayından isə Kaqanoviç rayonu adlandırılmışdır. 26 sentyabr 1955-ci ildə Bakı şəhəri Orconikidze rayonunun tərkibinə verilmiş və yenidən Kaqanoviç qəsəbəsi adlandırılmışdır. 31 avqust 1957-ci ildə Qaraçuxur qəsəbəsi adlandırılmış, 26 may 1964-cü ildə isə bu ad Serebrovski adı ilə əvəz olunmuşdur.

Azərbaycan Respublikası Ali Sovetinin 29 aprel 1992-ci il tarixli qərarı ilə qəsəbə yenidən Qaraçuxur adlandırılmışdır.[1]

Qaraçuxur qəsəbəsinin əhalisi 87349 nəfər təşkil edir, bunlardan 46300 nəfəri Yeni Günəşli yaşayış sahəsində yaşayır. Məcburi köçkünlərin sayı – 8517 nəfərdir (1960 ailə).

Qəsəbədə 7 orta ümumtəhsil məktəbi, 1 gimnaziya, 1 stomatoloji poliklinika, 1 tibbi sanitar hissə və 1 xəstəxana yerləşir.

Şəhid adları ilə adlandırılmış küçələr

[redaktə | mənbəni redaktə et]
  • Quliyev Vüqar Məmmədəli oğlu – "Bağ" küçəsinə adı verilib.
  • Qurbanov Cəlal Bilal oğlu – "Kirov" küçəsinə adı verilib.
  • Şərifov Zaur Faiq oğlu – "Razin" küçəsinə adı verilib.
  • İsmayılov Nizami Zeynalabdin oğlu – "Qumluq" küçəsinə adı verilib.
  • İsmayılov Kərəm İdris oğlu – "Saray" küçəsinə adı verilib.
  • Əliyev Yaşar Səməd oğlu – "Ambulator" küçəsinə adı verilib.
  • Musayev İlqar Vaqif oğlu – "Kərpiç" küçəsinə adı verilib.
  • Şirinov Tərlan Orucbəy oğlu – "Üzümlük" küçəsinə adı verilib.
  • Mehbalıyev Əhməd Suliddin oğlu – "Gənclik" küçəsinə adı verilib.
  • Cəfərov Samir Vaqif oğlu – "Seyranbağça" küçəsinə adı verilib.
  • Bəkirli Etibar Mustafa oğlu – "Trubnaya baza" küçəsinə adı verilib.
  • Eyvazov Yusif Ayvaz oğlu – "4048-ci kvartal"-a adı verilib.
  • Vəliyev Qəzənfər Həmid oğlu – "Xəzan" küçəsinə adı verilib.
  • Rəhimov Cavanşir İzzət oğlu – 146 saylı məktəb onun adınadır, parkda büstü qoyulub.
  • Alıcanov Rafiq Cəfər oğlu – "Yeni Qumluq" küçəsinə adı verilib.
  1. "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 nömrəli Qərarı" (az.). e-qanun.az. 1992-04-29. 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]