Qara Kitab

Qara kitab – ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun 1990-cı ildə nəşr olan romanıdır. Ədibin 1985-1989-cu illərdə yazdığı "Qara kitab" özünün yazdığı kimi, "ilk türk dedektif romanı"dır.[1]

Qara Kitab
türk. Kara Kitap
Müəllif Orxan Pamuk
Janr Müasir nəsr
Orijinalın dili Türkcə
Ölkə

{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =

}}
Orijinalın nəşr ili 1990
Nəşriyyat Qanun Nəşriyyatı
Nəşr 2021
Cild Yumşaq
Səhifə 496
Növ Roman
ISBN 978-9952-26-397-8

Məzmunu[redaktə | mənbəni redaktə et]

Romanın qəhrəmanı Qalib (Şeyx Qalib - XVIII yüzilliyin böyük sufi şairlərindən, Cəlaləddin Ruminin ardıcıllarından biri) İstanbulda məşhur jurnalist, kələkbaz, özgə sirlərinin araşdırıcısı, mürəkkəb təxəllüslərin həvəskarı olan əmisi oğlu Cəlal Saliki, xarici dedektivlərin vurğunu, qəflətən yoxa çıxmış uşaqlıq sevgisi, dostu, əmisi qızı, arvadı olan Röyanı (anası tərəfindən Məhəmməd peyğəmbərin nəslindəndir) qarlı bir qış günü axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu, qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq edəcəkdir. Əmisi oğlunun iziylə gedən Qalib onun köhnə qeydlərində, şəhərin uşaqlıqdan hər ikisinə tanış olan guşələrində özünü axtarır, bununla da, Cəlalın obrazına girir, elə bil, onun yerini tutub yazıçı olur. "Niyə adamlar öz həyatlarını yox, kiminsə başqalarının həyatını istəyirlər?" – romanın əvvəlində özünə bu sualı verən Qalib axırda cavabı tapır: "İnsanın özü olması üçün yeganə vasitə - başqası olması, başqalarının tarixçələrində dolaşmasıdır". Cəlal da öz yazılarında hər şeylə birgə Mövlanənin, onun "üzünün və ruhunun güzgüsü" Şəms Təbrizinin sirrinə varmağa çalışır - Ruminin "Məsnəvi"si öldürülmüş Şəms Təbriziyə duyduğu kədərdən yaranıb. Oxucu bir yandan hər bacası, hər küçəsi, hər adamı başqa sirli aləmin əlamətlərinə çevrilən İstanbulda Qalibin axtarışlarını, rast gəldiyi adamları təqib edərkən, bir yandan da bu araşdırmaları ayrı-ayrı əlamətlərlə, qəribə əhvalatlarla tamamlayan Cəlalın köşə yazıları ilə qarşılaşır...[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qara kitab". www.qanun.az. 2021-08-02 tarixində arxivləşdirilib.
  2. Orxan Pamuk. Seçilmiş əsərləri (PDF). Şərq-Qərb. 2009. səh. 615. ISBN 978-9952-34-240-6.