Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qara amur[2][3] və ya Çin külməsi (lat. Mylopharyngodon piceus) — Çəkikimilər dəstəsindən balıq növü. Öz cinsinin yeganə nümanyəndəsidir.
Qara amur | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qara amur |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Rusiyada nadir növ sayılır və sayları getdikcə azalır. Çində isə sənaye əhəmiyyətli balıq növüdür. 1972-ci ildən SSRi ərazisində Amur çayının hövzəsində ovlanması qadağan edilmişdir. Növ Amur çayı hövzəsindən Çinin cənubuna qədər ərazilərdə yayılmışdır. Bədəni uzadılmış formadadır və iri pulcuqlarla örtülmüşdür. Xarici görünüş baxımından ağ amura bənzəyir ancaq rənginin tündlüyünə görə ondan seçilir. Qara amurlar molyusklar, həmcinin həşərat sürfələri və digər orqanizmlərlə qidalanır. 4 illik Qara amurlar 1,4–1,8 kq molyusk yeyir. Böyük sürülər əmələ gətirmirlər. Qara amurlar 7–9 illiyində və 70 sm uzunluğa çatdıqda yetkinləşir. Arealının cənubunda daha tez böyüyür və 5 illiyində 55 sm çatır.
Çinin su hövzələrində aktiv şəkildə yetişdirilir.