Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
"Qara kəmər" əməliyyatı[1] — Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat.
Qara kəmər (əməliyyat) | |
---|---|
Tarix | 10 mart 2005 |
Yeri | Baki, Azərbaycan |
Səbəbi | adam oğurluğu |
İştirakçılar | Milli Təhlükəsizlik Nazirliyi (Azərbaycan) |
Nəticəsi | cinayətkar dəstənin zərərsizləşdirilməsi |
Qurbanlar | |
Ölənlərin sayı | 1 |
Məhkəmə prosesi | 2005 — 2007 |
Əməliyyat 2005-ci il martın 10-da həyata keçirilib və 11 mart 2005-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb.
"Qara kəmər" əməliyyatı nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub.
"Qara kəmər" əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına kömək etdi.
Prezident İlham Əliyevin sərəncamı ilə mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində peşəkarlıq göstərdiklərinə görə MTN-in bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görüldü.