Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qara keşiş — keşişin qədim zamanlardan Şəkidə yaşayan qıpçaqlarınalbanların keşişi olduğu bildirilir.
Şəki rayonunun Kiş kəndi ərazisində "Kiş kilsəsi" yerləşir. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Aftokefal apostol kilsəsi olub (Автокефальная апостольская церковь).
Qara keşiş haqqında ilk dəfə Kərim Ağa Fatehin "Şəki xanlarının müxtəsər tarixi" kitabında rast gəlinir.
Orada deyilir: Noxuda bir keşiş varmış, amma nə tarixdə olduğu məlum deyildir, adına Qara keşiş deyərlərmiş. Noxuda böyük imiş. Və bir keşiş də Kiş kəndində böyük imiş. Qara keşiş Kişdəki keşişin qızını oğluna istər ki ala. Kişdəki keşiş deyər ki, mənim qızım ağ su ilə pərvəriş tapıbdır, qara su olan yerə qızımı vermərəm. Sonra Qara keşiş deyər ki, Kiş çayından bir arx mən də evimin yanına gətirərəm. Kişdəki keşiş deyər ki, suyu gətir, sonra qızımı oğluna verim. Qara keşiş bu sudan bir arx gətirər. Sonra (Kişdəki keşiş) qızını bunun oğluna verər. Və Qara keşişin oğlunun adı Candardır. Candar bir neçə vaxtdan sonra müsəlman olub, adına Əlican deyibdirlər və Əlicanın oğlu Qutul xandır. Qutul xanı İran padşahının biri Şəkidə xan edibdir. Qutul xanın oğlunun adı Şəki xandır. Və Şəki xanın oğlunun adı Həsən Sultandır.
"Şəki xanlarının müxtəsər tarixi", "Şəki xanları və onların nəsilləri" adlı əsərlər Azərbaycanın XVIII–XIX əsrlər tarixinə aid mühüm mənbələrdən hesab olunur. "Şəki xanlarının müxtəsər tarixi" elm aləminə hələ 1858-ci ildən məlumdur. Həmin ildə akad. B. Dorn Azərbaycan dilində yazılmış bu əsərin əslini "Əl-İntixabat-ül-bəhiyyə" adlı külliyatda topladığı tarixi əsərlər sırasında Peterburqda nəşr etdirmişdir. Altmış altı il keçdikdən sonra, həmin əsərin əsli və ruscaya tərcüməsi "Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyəti" tərəfindən nəşr etdirilmişdir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, hər iki nəşrdə əsərin həqiqi müəllifini müəyyən etməkdə bağışlanılmaz səhvə yol verilmiş və əsəri başqa bir şəxsin, bu əsərlə heç bir əlaqəsi olmayan adamın adı ilə nəşr etdirmişlər.
Bu səhv ilk dəfə S. Mümtazın "Maarif işçisi" jurnalının 1929-cu il 2 və 3-cü nömrələrində dərc etdirdiyi "Tənqid və mülahizələr" adlı məqaləsində aşkara çıxarılmışdır. S. Mümtaz qənaətləndirici dəlillərlə sübut etmişdir ki, bu kiçik , lakin olduqca qiymətli əsərin müəllifi Hacı Çələbi nəslindən olub, Şəkinin son xanı — Fətəli xanın oğlu, Fateh təxəllüsü ilə şer yazan Kərim ağadır.
S. Mümtaz həmin əsəri tədqiq və başqa məxəzlərə müraciət edərək belə bir nəticəyə gəlir: "Fətəli xan, məşhur Hacı Çələbi xanın nəticəsi, Həsən ağanın nəvəsi və Məhəmmədhüseyn xan Müştaq təxəllüslünün oğludur. Məhəmmədhüseyn xanın üç oğlu var idi ki, onlar da Məhəmmədhəsən xan, Fətəli xan və Səlim xandan ibarət idi. Məhəmmədhəsən xan ilə Səlim xanın hər birinin üç oğlu olduğu halda, Fətəli xanın yalnız bir oğlu var idi ki, o da türki və farsi şerləri ilə məşhur olan Kərim ağa Fatehdir".