Qara komediya

Qara yumor — xəstəlik, fiziki qüsurlar, seksuallıq, cinayət, din, müharibə, zorakılıq kimi ciddi və kütlənin yüksək həssaslıq göstərdiyi mövzuları hədəfə alır və gülüş obyektinə çevirir. Bütün absurdluq, gülüş və yumora baxmayaraq, janr öz ciddiliyini də qoruya bilməlidir.

Deyimin işlənməsi

[redaktə | mənbəni redaktə et]

Deyimi ilk dəfə 1935-ci ildə Andre Breton Conatan Sviftin yaradıcılığı haqqında işlədib. Baxmayaraq ki, Breton 1940-cı ildə "Qara yumorun antologiyası" adlı kitab yazmışdı, bu termin yalnız 1960-cı illərdə ümumi işlək hal aldı. Deyim Vladimir Nabokov,Nathanael West,Joseph Heller kimi yazıçıların yaradıcılıq işlərini təsvir etmək üçün işlədilirdi. Hellerin "Catch-22" əsəri buna misal ola bilər.[1]

Uşaq ədəbiyyatında qara yumor

[redaktə | mənbəni redaktə et]

Viktoriya dövründə uşaq ölümlərinin yayğınlaşması, uşaqların ölüm anlayışı ilə erkən tanışlığına səbəb olurdu ki, bu da dövr yazıçılarını ölümü uşaq ədəbiyyatı üçün "qadağan olunmuş mövzu" olmaqdan çıxarmağa ruhlandırırdı. Bu dövr uşaq ədəbiyyatçıları real hadisələri yüngül, qəbul olunan dərəcədə qələmə almağı bacardılar.

Bu dövrdə yazılmış iki əsər bu mövzuya toxunur — alman yazıçı Heinrich Hoffmannın "Der Struwwelpeter" kitabı və Karlo Kollodinin "Pinokyonun məcaraları". Hər iki əsər yumor dili ilə yazılsa da, həm də həmin dövr oxuyucularının dəhşət hissinə qapılmasına da səbəb olmuşdular. Bu gün standartlarında hər iki əsər öz sensasiya gücünü itirib.[2]

  1. "Arxivlənmiş surət". 2015-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-10.
  2. "Arxivlənmiş surət". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-10.