Vladimir Nabokov (rus. Владимир Владимирович Набоков; 10 (22) aprel 1899[2], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[3] – 2 iyul 1977[4][5][…], Montrö[d][3]) - Rus əsilli ABŞ yazıçısı.
Vladimir Vladimiroviç Nabokov | |
---|---|
Владимир Владимирович Набоков | |
Təxəllüsləri | V. Sirin, Vasili Şişkov |
Doğum tarixi | |
Doğum yeri | Sankt-Peterburq |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | ABŞ |
Vəfat səbəbi | xəstəlik |
Vətəndaşlığı | ABŞ |
Milliyyəti | Rus |
Təhsili | |
Fəaliyyəti | romançı, şair, yazıçı, zooloq, tərcüməçi, dramaturq, avtobioqraf[d], ssenarist, lepidopteroloq[d], universitet müəllimi[d], ədəbiyyat tənqidçisi, jurnalist, fantastika yazıçısı[d], şahmat bəstəkarı[d], şahmatçı, ədəbiyyatşünas, entomoloq, ədəbiyyatşünas[d] |
Fəaliyyət illəri | 1921—1977 |
Əsərlərinin dili | rus, ingilis |
İstiqamət | modernizm, postmodernizm |
Janr | satira |
Tanınmış əsərləri | |
vladimir-nabokov.org | |
Vladimir Nabokov Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir Nabokov 1899-cu ildə Sankt-Peterburqda zadəgan ailəsində dünyaya göz açıb. Atası Dmitri Nabokov liberal bir siyasət adamı, vəkil və jurnalistlik fəaliyyəti ilə məşğul idi. Bu ailə ingilis mədəniyyətinin heyranı idi. Məhz buna görə balaca Vladimir ingilis dilini çox erkən öyrənmiş, hətta beş yaşında fransızca danışa bilirdi. Nabokov ilk təhsilini Piterin ən qabaqcıl məktəbi sayılan Tenişevdə alıb. 16 yaşındaykən Vladimirə əmisindən miras olaraq geniş bir ərazi qalır. Lakin tezliklə inqilab Rusiyanı bürüdüyündən mirasdan istifadə ona qismət olmur. Atası inqilab düşməni olaraq, qısamüddətli həbsdə yatmalı olur. Daha sonra onlar ailəvi olaraq Almaniyaya köçürlər. Vladimir isə təhsilini davam etdirmək üçün İngiltərənin Kembric kollecinə yollanır. 1922-ci ildə atası bir anarxist millətçi tərəfindən Berlində öldürüldüyündən, gələcək yazıçı Almaniyaya qayıdır. On beş il müddətində o, burada tərcüməçilik və pedaqoji fəaliyyətlə məşğul olur. Bolşevik inqilabından qaçmış rus ziyalıları onun əsas mühitini təşkil edirdi və elə Nabokov yazıçı kimi onların əhatəsində məşhurlaşmağa başlayır. İlk yaradıcılığında daha çox ruhsal həyatın yaşantılarına aludə olan yazıçı tədricən cəmiyyət həyatını öz mövzusuna çevirir. Lakin ədəbiyyat meydanında o, ilk olaraq Henrix Heynenin əsərlərini mükəmməl surətdə ingilis dilinə çevirməklə şöhrət qazanır. Daha sonra şöhrət sırası onun müəllifi olduğu "Ərməğan", "Lolita", "Çağrı" və sairə romanlarına gəlir. Hitler Nabokovun atasını öldürən anarxist qatili həbsdən buraxdıqdan sonra, yazıçı 1937-ci ildə Parisə köçməyi qərara alır. Burada məşhur irland romançısı Ceyms Coysla tanış olur. Bəstəkar Raxmaninovun maddi və mənəvi köməyi ilə 3 il sonra ABŞ-yə gedə bilir. Burada o, ali təhsil ocaqlarında dünya ədəbiyyatından maraqlı mühazirələr oxuyur. Yazıçı 1977-ci ildə ABŞ-nin Lozanna ştatında vəfat edir.
Bir nəşriyyat işçisi metaforalardan ibarət, cəmiyyət həyatından uzaq əsərlər yazmaqdan imtinasının səbəbini soruşanda, Nabokov belə cavab vermişdi: "Cəmiyyət və oxucu qoyun deyil ki, onu yalançı oyunlarla aldadasan".
1923-1940-cı illər arasında onun yazdığı roman və hekayələr rus dilində olmağına baxmayaraq xaricdə yaşayan ruslar arasında müvəffəqiyyət qazanmışdı.
"Lujinin müdafiəsi" (1929-30), "Vergi" (1937), "Qətlə dəvət" (antiutopiya; 1935-1936) və digər əsərlərində istedad sahibi ilə saxtakar, xırdaçı, alçaq meşşan dünyası arasında mənəvi ziddiyyətlər əks olunur. Amma Nabokov məhdud sosial çərçivədə qalmır, müxtəlif dünyalar arasındakı ziddiyyətlərin metafizik qatlarına gedib çıxır. Bir-birinə qarşı duran bu dünyalar gerçək dünya və yazıçı aləmi, Berlin və Rusiya haqqındakı xatirələr, adi adamlar və şahmat adamlarının dünyasıdır. Bu dünyaların birindən digərinə sərbəst keçid yazıçının əsərlərinə məxsus modernist bir cəhət kimi meydana çıxır. Yenilik və azadlıq hissi Nabokovun əsərlərinə parlaq dil-üslub özəllikləri verir. Bunun hesabına o, öz stilini təkmilləşdirir.
Nabokov romanlarının qaralamalarını köçürəndə həmişə “Eberhard Faber Blackwing 602” qələmindın istifadə edirdi.
Nabokovun məşhur "Lolita" (1955) bestselleri erotika, sevgi prozası və sosial-tənqidi didaktikanın birləşməsi təcrübəsi kimi meydana çıxıb. Əsər zərif estetizm və fəlsəfi dərinliklə şərtlənir. Romanda qoyulan əsas problemlərdən biri sevgini darmadağın eləyən eqoizm mövzusudur. Roman azyaşlı qıza qarşı xəstə bir ehtiras duyan avropalı ziyalının dilindən danışılır və bu, onun intellektual fonunu müyyənləşdirir. Dünyaşöhrətli türk yazıçısı, Nobel mükafarçısı Orxan Pamuk "Lolita" haqqında belə yazır: "Nabokovun Berlin dönemi romanlarından olan "Lolita" bir araşdırmanın nətisəsi olan "zalimanə bir şah əsərdir"; bu əsər oxucunu ən "fotoroman" bir durumdan, "insanlıq komediyası" deyilən bir şeyin qaranlıq uçurumlarına yuvarlayır. Nabokov nəyi anladacağını başdan söylər ve necə anlatdığına baxmamızı istər. Duyacağımız heyranlığı başdan bilən bir insanın bütün şeytanlığıyla". Ümumiyyətlə, "Lolita" Nabokova o qədər uğur qazandırıb ki, yazıçını xatırlayan hər kəs mütləq bu əsərdən bəhs edir.
Nabokov "Lujinin müdafiəsi" əsərində reallığın qeyri-reallıqla çulğalaşdığı bir dünya yaradır və oxucunu romanın bədii məkanına salır. Bu elə məkandır ki, oxucu onun illüzyorluğunu, qəhrəmanlar və onların həyatının şəffaflığını dərhal hiss edir.
Buna ən bariz nümunə kimi şahmatçı Lujini göstərmək olar. Maraqlıdır ki, yazıçı qəhrəmanı bütün mətn boyu sadəcə familiyası ilə adlandırır. Hətta arvadı belə ona familiyasi ilə müraciət edir. Və yalnız romanın sonunda, özünü pəncərədən atanda adamlar onu adı ilə çağırıb qışqırmağa başlayırlar: "Aleksandr İvanoviç! Aleksandr İvanoviç!"
Lujin uşaqlıqdan mənəvi cəhətdən tənhadır. O, meylini şahmata salır və məşhur şahmatçı olur. Arvadı da onu sevmir, sadəcə olaraq, özünü belə maraqlı sənətə həsr etmiş adamla birlikdə yaşamaq onun üçün maraqlıdır. O, ərinə xəstəyə baxan kimi baxır və mərhəmət duyur.
Əsərin kuliminasiyası Lujinin italyan şahmatçısı Turatiyə uduzub meşəyə qaçmaq istədiyi səhnələrdir. O, hamıya düşmən, həyata şahmat kimi baxır. Və bu oyundan çıxış yolu tapa bilmir. Əsər qallüsinasiya içində qalan qəhrəmanın intiharı ilə başa çatır.
Əsərin məğzini bir cümləylə belə yekunlaşdırmaq olar. Şahmat insanı xilas edə bilmir. İnsan dünyadan və insanlardan xilas yolunu oyunda görür, amma xilas mümkünsüzdür. Və yeganə çıxış yolu ölümdür.
"Yaddaş, danış" (1966) memuarında toplanmış hekayələr isə nostalji motivləriylə bağlı lirika nümunələridir. Bu hekayələrin qeyri-adi lirik gücü var. Kiçik miniatürlərdə yaradıcılığın böyük problemləri qoyulub: o biri dünya və onun fani aləmin ötəri, keçici, efemer problemləriylə çulğalaşması məsələsi. Bu mövzuya həsr olunan ən yaxşı əsərlər aşağıdakılardır: "Şorbanın qayıtması", "Fialtedə bahar", "Milad", "Bulud, göı, qüllə", "Terra İnkoqnita".
Nabokov nəsrinin əsas xüsusiyyəti realist və modernist elementlərin çulğalaşmasıdır. Modernist elementlər sırasına dil-üslub oyunları, hər şeyi özündə ehtiva edən parodiyalılığı, ötəri qallüsinasiyaları aid etmək olar.
Prinsipial, qətiyyətli bir fərdiyyətçi olan Nabokov kütləvi psixologiya və qlobal ideyanın hər hansı formasına qarşı ironik mövqedən çıxış edir. Bu ironiyanı yazıçının marksizm və freydimzə münasibətində daha qabarıq görmək mümkündür. Kodlaşdırılmış, üstündə baş sındırılması tələb olunan sitatlar və reminissensiyalar da Nabokovun bədii nəsr üslubunun özünəməxsus cəhətlərindəndir.
— Mənim yaradıcılığımda əhvali-ruhiyyə ön planda durur. Kefim var, yazıram, yoxdur, yazmıram. Romanlarımın ideyası gözlənilmədən doğulur. Bir dəqiqənin içində. Qələmi alıram əlimə, hər şey başlayır vərəqə axmağa. Roman əvvəlcə beynimdə yazılır, qalır texniki prosesi yerinə yetirib, onu vərəqə köçürmək. Zənnimcə, yazıçı qəhrəmanını addımbaaddım izləyib özünü onun vəziyyətinə gətirirsə, uduzur. Qəhrəmanı rahat buraxmaq lazımdır. Qoy öz bildiyini eləsin. Elə yazıçılar var ki, bu işə sənət kimi baxırlar, hər gün əyləşib 5-10 vərəq yazmağı borc bilirlər özlərinə. Məsələn, mən bəzən 12 saat oturub yazıram, bəzən də aylarla yazdıqlarımı düzəldirəm. Bir az tənbəlliyim də var. Amma bu düzəliş məsələsi ki, var, o işdə qoçağam. Lujin obrazını yaratmaq üçün aylarla şahmatla məşğul olmuşam. Şahmat üzrə dünya çempionu Alyoxin mənə deyirdi ki, sən şahmatçı Tartakoveri yaradırsan. Açığı, heç bilmirəm kimdi bu adam. Yazmaq mənim üçün əzabverici bir işdir. Amma bu iş olmasa, mənim həyatımda Kembricdə öyrəndiyim zoologiya elmindən, roman dillərindən, tennisdən, boks və futboldan savayı heç nə qalmaz. Özünü tərifləmək olmasın, bir vaxtlar əla qapıçı olmuşam. Deyirlər, mən alman yazıçılarından təsirlənmişəm. Bunlara başa sala bilmirəm ki, mən almanca çox bərbad yazır və oxuyuram. Desəydilər ki, fransızlardan təsirlənmişəm, bəlkə də bu bir az inandırıcı səslənərdi: gizlətməyəcəm, Flober və Prust mənim üçün əvəzolunmaz şəxslərdir. Qəribə orasındadır ki, Rusiyada olanda Qərb ədəbiyyatının təsirini daha çox hiss edirdim, nəinki burda. Burdasa əksinə, Qoqolun, Çexovun təsirindəymişəm kimi hiss edirəm özümü. Deyəsən, insan iztirab içində vurnuxarkən onun həyatı daha mənalı və maraqlı olur. Sakit yaşasa, kimin nəyinə gərək o neynir? Əgər birisi həyatla əməlli-başlı ölüm-dirim mübarizəsinə qalxıbsa, onun bütün "həyat əzaları" görünür. İnsanın təbiəti belədir. Həmişə iztirablarda maraqlı və cəlbedici nəsə olur.
Vladimir Nabokovun yarımçıq qalmış "Lauranın əsli" əsəri özünün qadağasına baxmayaraq, oğlunun qərarına əsasən işıq üzü görəcək. Dmitri Nabokov 2008-ci ildə bu qərarı qəbul edib. Kitabın nəşri hüququ "Knopf" nəşriyyatındadır. Bununla yanaşı, "Playboy" dərgisinin redaktoru Emi Qreys Loyd "Lauranın əsli"nin bir hissəsinin kitab işıq üzü görənə qədər jurnalda nəşrinə icazə ala bilib. Əsərin əlyazması ilə cəmi bir neçə nəfər ədəbiyyatşünas tanış idi. Nabokovun sonuncu əsəri ətrafında son illər saysız söz-söhbətlər gedirdi. Əsər yarımçıq olsa da, Nabokovu tanıyan oxucu məcazi mənada desək, əsərinin sonluğunu özü yazmalı olacaq.