Qara pişik analogiyası

Qara pişik analogiyası elmdin arasındakı fərqləri və ya bəzi versiyalarda fəlsəfəmetafizika kimi digər fənlər arasındakı fərqləri açıqlayan analogiyadır.

Analogiya belə təsvir edilə bilər:

  • Fəlsəfə qaranlıq bir otaqda qara pişik axtarmağa bənzəyir.
  • Metafizika qaranlıq bir otaqda orada olmayan qara pişik axtarmağa bənzəyir.
  • Teologiya qaranlıq bir otaqda olub orada olmayan qara bir pişik axtarmağa və “Tapdım!” deyə qışqırmağa bənzəyir.
  • Elm qaranlıq bir otaqda fənərdən istifadə edərək qara pişik axtarmağa bənzəyir.

Vinsent Berri fəlsəfə ilə teologiya arasındakı fərqi bu cür izah edir: fəlsəfə elmi və açıq fikirlidir, sübutla əlaqəlidir, ancaq teologiya axtarmağa başlamadan əvvəl "son həqiqətləri tapdıq" deyir.[1]

Analogiyanın bir çox variasiyaları var və bunlar müxtəlif dövrlərdə müxtəlif məşhur şəxsiyyətlərə aid edilmişdir, lakin sitat ən azı 1890-cı illərdən bəri mövcuddur.[2] Analogiyanın mütləq mənşəyi bilinmir.[3]

Uendi Doniqer bunu fransız və ingilis atalar sözü ilə əlaqələndirir: "Qaranlıqda bütün pişiklər boz rəngdədir." Deşil Hammett "The Dain Curse" (1929) adlı əsərində "qaranlıq bir otaqda orada olmayan qara şapqa axtaran kor"dan bəhs edir.

  1. Barry, Vincent. Bioethics in a Cultural Context. Cengage. 2011. səh. 65.
  2. O’Toole, Garson. "A Blind Man in a Dark Room Looking for a Black Cat That Is Not There". Quote Investigator. 15 February 2015. İstifadə tarixi: 4 March 2016.
  3. O’Toole, Garson. "The Philosopher, the Theologian, and the Elusive Black Cat". Quote Investigator. 19 February 2015. İstifadə tarixi: 4 March 2016.