"Qara qağayı" (rus. Чёрная чайка) — rejissor Qriqori Koltunovun filmi.
Qara qağayı | |
---|---|
rus. Чёрная чайка | |
Janr | macəra |
Rejissor | Qriqori Koltunov |
Ssenari müəllifi | Qriqori Koltunov |
Baş rolda | Ceyhun Mirzəyev |
Operator | Dmitri Mesxiyev |
Bəstəkar | Antonio Spadavekkia |
Rəssam | İsaak Kaplan |
İstehsalçı | "Lenfilm" kinostudiyası |
İlk baxış tarixi | 1962 |
Filmin növü | bədii film |
Müddət | 98 dəqiqə |
Ölkə | SSRİ |
Dil | rus dili |
İl | 1962 |
Rəng | ağ-qara |
IMDb | ID1527604 |
İnqilabdan sonra Kuba ərazisində dinc əhalidən balıqçılar normal yaşayışa qayıtmağa çalışırlar. Lakin inqilabın düşmənləri bu rayona təxribatçı dəstələr göndərirlər. Onlar dinc əhalini öldürürlər.
Hadisələrin mərkəzində xəyalpərəst balaca Manolonun həyatı durur.
Kubanın ərazisində köçəri sirk çıxış edir. Onlar öz çıxışlarını kəndlərdə təşkil edirlər. Orada sərrast zərbə endirən nişançı snayper var. Nəticədə elə onun düşmən təxribatçısı olduğu bilinir.