Qara xan və ya Seyid Cəmaləddin xan — Talış xanlığının ilk müstəqil xanı.
Qara xan | |
---|---|
Seyid Cəmaləddin xan Seyid Abbas bəy oğlu | |
Talış xanlığının I xanı | |
1747 – 1786 | |
Əvvəlki | Seyid Abbas bəy |
Sonrakı | Mir Mustafa xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | Harhatan, Əfşarlar dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Lənkəran, Talış xanlığı |
Atası | Seyid Abbas bəy |
Anası | Ahu xanım |
Dini | Şiə (İslam) |
Qara xanın atası Seyid Abbas Məhəmməd Peyğəmbərin nəslindən gəlib Talış bölgəsinə gəlmə idi. O Boradigah kəndinin bəyi Əsəd bəylə yaxınlaşaraq onun qızı Ahu xanımla evlənir. Bu evlilikdən Seyid Cəmaləddin dünyaya gəlir. 1736-cı ildə Suqovuşandakı qurultayda Nadir şahın hakimiyyətini tanıyan Seyid Abbas bəy oğlu Seyid Cəmaləddini bəyi onun qulluğuna göndərir. Maraqlıdır ki Cəmaləddin bəy "Qara" ləqəbini bu qulluğda dərisinin rənginə görə almışdı. Seyid Cəmaləddin Dağıstan səfərində göstərdiyi igidliyə görə Nadir şahdan "xan" titulunu alır və Qara xan adlanmağa başlayır.
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra vətənə qayıdan Qara xan Talış xanlığının taxta çıxır.[1] Qara xan ilk iş olaraq sərhədləri möhkəmləndirir, daimi ordu formalaşdırır. Mərkəzi hakimiyyəti gücləndirmək üçün narazı feodalların torpaqlarını xan torpaqlarına əlavə edir. İran hakimiyyəti uğrunda gedən mübarizədə xanlığı qorumaq üçün paytaxtı Lənkərana köçürür və Rusiyaya yaxınlaşır.
Qara xanın dövründə işğalçı siyasət yeridən Kərim xan Zənd arasında əlaqə pisləşir. Kərim xanın müttəfiqi Gilan xanı Hidayət xan 1768-ci ildə Talış xanlığına hücum edərək Qara xanı məğlub edir. Qara xan Hidayət xana bac verməyə məcbur olur. Talış xanlığı 1785-ci ildə Qubalı Fətəli xandan vassal asılığına düşür.[2] Qara xan 1786-cı ildə vəfat edir.