Qara xan (xaqan)

Qara Xantürkaltay mifologiyasında əfsanəvi xaqan. Qara xalqın yəni adi (soylu olmayan) insanların öndəridir. On oğlu və doqquz qızı vardır. Soylu olmayıb, xalqdan adi bir adam ikən sonradan xanlık əldə edənləri və ya dövlət quranları təmsil edir. Qara dənizdə yaşayır (Ağ dənizin yanında ikinci dərəcə əhəmiyyətə malikdir). Buryatcada Hara sözü Ay deməkdir (monqol Sara), bəzi qeydlərdə Oğuz xanın atasının adının Qara Xan ikən bəzi qaynaqlarda nəslinin (və ya atasının) Ay olaraq göstərilməsi bu söz bənzənəmləri səbəbiylə ola bilər. Çünki monqolca Xar, mançurca Xara sözləri qara rəng bildirir. Qara Türklərdə şimal istiqamətinin simvoludur. Gücü və nüfuzu vurğulayır. Tarixdə iştirak edən Qaraxan dövlətinin adı təsadüfi deyildir. Əleyhdarı Ağca Xandır. Həyat yoldaşı Ay Kağandır. Mete xanın atası Teoman xan ilə eyni şəxs olduğu düşünülür.

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]