Qarabağın maralı (mahnı)

"Qarabağın maralı" — Sözləri və musiqisi İskəndər Novruzluya məxsus mahnı.

Tarixi[redaktə | mənbəni redaktə et]

"Qarabağın maralı" xalq mahnısı kimi məşhurlaşan bu sənət incisinin sözləri və musiqisi Ağdamlı İsgəndərindir. Mahnı Qarabağ gözəli, teatr aktrisası Suğra Bağırova-Abdullayeva həsr olunmuşdur. İlk dəfə 1951-ci ildə şuşalı xanəndə İsa Rəhimovun ifasında səslənib. Sonralar bir çox müğənnilər "Qarabağın maralı"nı böyük həvəslə oxuyublar. Bəzi hallarda da mahnının adını və sözlərini təhrif edərək "Azərbaycan maralı" kimi səsləndiriblər.

İfaçıları[redaktə | mənbəni redaktə et]

Bu mahnının ən gözəl ifaçıları isə xalq artistləri Sara QədimovaŞövkət Ələkbərova olub.

Sözləri[redaktə | mənbəni redaktə et]

Ay qız, gəzmə aralı,
Qəlbim səndən yaralı.
Gözlərinə heyranam,
Qarabağın maralı.

Sən bulaq üstə gələndə,
Qıyqacı baxıb güləndə
Aldın səbri-qərarımı,
Qarabağın maralı.

Mən qurbanam gözlərə,
Şirin-şirin sözlərə,
Bir qonaq gəl bizlərə,
Qarabağın maralı.

O günə qurban kəsərəm,
Gəlməsəm səndən küsərəm,
Gəzərəm səndən aralı,
Qarabağın maralı.

Turşsu olsun yaylağımız,
Gözəl Şuşa oylağımız,
Sən olaydın qonağımız,
Qarabağın maralı.

çıxaq Qırxqız yaylağına,
Ceyran-cüyür oylağına,
Enək İsa bulağına,
Qarabağın maralı

İzlə[redaktə | mənbəni redaktə et]


Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]