Qarabağ kilimləri – Qarabağ tipinin xovsuz xalçalar qrupuna aid xalçalar.
Xalça | |
Qarabağ kilimləri | |
---|---|
Qarabağ tipinin xovsuz xalçalar qrupuna aid edilən kilimlər başlıca olaraq Ağdam, Cəbrayıl, Qubadlı, Bərdə, Ağcabədi və Laçında istehsal olunur və "Qarabağ kilimi" adı ilə məşhurlaşmışdır.
Öz toxunma üsuluna görə Şirvan və Təbriz kilimlərindən fərqlənməməsinə baxmayaraq, Qarabağ kilimləri özünəməxsus bədii xüsusiyyətlərə malikdir. Keçmiş zamanlarda Qarabağ kilimlərinin yalnız ona məxsus olan kompozisiyası və "Kilim gülü" elementi vardı. Lakin XIX əsrdən etibarən naxışlı kilimlərin meydana çıxması ilə əlaqədar olaraq, "Kilim gülü" naxışları tədricən yox oldu.
Ölçüsünə görə, Qarabağ kilimləri Azərbaycanın digər xalçaçılıq mərkəzlərində hazırlanan kilimlərdən fərqlənir. XIX əsrdə və ondan sonrakı dövrlərdə Qarabağda toxunan kilimlər əlvan rənglərə malikdir.