Qarabağ müharibəsi tank memorialı (Əsgəran)

Qarabağ müharibəsi tank memorialı (erm. Արցախյան ազատամարտի տանկ-հուշարձան, Artsaxyan azatamarti tank-huşardzan) — Azərbaycanın Xocalı rayonu ərazisində yerləşən Əsgəran qəsəbəsində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsi (1988–1994) üçün ucaldılan tank memorialı.[1][2]

Qarabağ müharibəsi tank memorialı
erm. Արցախյան ազատամարտի տանկ-հուշարձան
Memorial 2021-ci ildə.
Memorial 2021-ci ildə.
Map
Ölkə  Azərbaycan
Yerləşir Əsgəran, Xocalı rayonu
Saxlanıldığı yer
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Tank memorialı erməni separatçı qüvvələri tərəfindən 1992-ci ildə Şuşanın işğalının xatirəsinə ucaldılmışdır. Memorialı Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) yüksək vəzifəli şəxsləri və hərbi xadimləri ziyarət etmişdir.[3] Tank memorialı hərbi silahlı qüvvələrin andiçmə mərasimi zamanı ucalmışdır. Mərasimdə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan, Qondarma DQR Müdafiə Ordusu komandiri Levon Mnatsakanyan və digər yüksək vəzifəli şəxslər iştirak etmişdir.[4]

Təsviri[redaktə | mənbəni redaktə et]

Memorial ƏsgəranAğdam yolunun sol tərəfindəki kiçik bir təpədə ucaldılmışdır. Memorial üzərində "T-72" tankı olan daş postamentdən və ona bitişik parkdan ibarətdir. Həmin "T-72" tankı Ağdamın işğalında iştirak etmişdir.[4]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]