Qarabağ rayonu (Kabil)

Qarabağ vulusvalisiƏfqanıstan İslam Respublikasının Kabil vilayətində inzibati-ərazi vahidi. Bagram aviabazasının 20 km cənub şərqində yerləşən bir rayondur.[2]

Qarabağ vulusvalisi

34°50′58″ şm. e. 69°10′35″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Hündürlük
1.537 m
Saat qurşağı
Qarabağ vulusvalisi xəritədə

Qarabağ rayonu həm Qəznə həm də Kabil vilayətində vardır. Kabil vilayətindəki Qarabağ rayonu 12992.97 hektar ərazini əhatə edir.[3]

Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart[q 1] 2015-ci ilə olan məlumatına əsasən Qarabağ vulusvalisinin oturaq əhalisinin sayı 78.004 nəfərdir (38.282 nəfəri kişilər, 39.722 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır.[4] 2002-ci ilin statistikasına əsasən rayonun əhalisinin 60%-ini Azərbaycan türkləri olan qızılbaşlar təşkil edir, qalan 40 %-i isə Puştun xalqlarından ibarətdir. Bəzi tarixi mənbələr Qızılbaşların Səfəvilər İmperiyası dağıldıqdan sonra bura köç etdiklərini qeyd etmişlər. Bir çox məlumatlarda bu əraziləri Hazaristan olaraq da adlandırırlar.

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Bu ərazilər kişmiş istehsalına görə Əfqanıstanda ən önəmli yerlərdən hesab olunur.

Hazırkı vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Əfqanıstan İslam Respublikasında baş vermiş müharibələr nəticəsində demək olar ki, tamamilə dağıdılan ərazilərdən biri də Qarabağ bölgəsi olmuşdur. Belə ki, bütün təhsil və sağlıq müəssisələri dağıdılmış, kənd təsərrüfatı yararsız hala salınmış və bütünlüklə infrastruktur yerlə yeksan edilmişdir. Birləşmiş Millətlər Təşkilatı 2002-ci ildə bu ərazilər haqqında xüsusi sənəd hazırlamış və dünyada ən çox yardım edilməsi lazim olan ərazilərin siyahısına əlavə etmişdir.[5]

  1. Hicri-şəmsi təqviminə əsasən 1 fərvərdin 1394-cü il tarixi Qriqori təqvimi ilə 21 mart 2015-ci il tarixinə uyğun gəlir (bax Arxivləşdirilib 2009-01-20 at the Wayback Machine).
  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Lent.az - Əfqanıstandakı Qarabağ və Şuşa". 2012-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-05.
  3. "Afghanistan Geographic & Thematic Layers". 2012-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.
  4. "Estimated Settled Population by Civil Division , Urban, Rural and Sex – 2015 — Central Statistics Organization of Afghanistan". 2015-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2015.
  5. "BMTnin bölgə haqqında rəsmi sənədi" (PDF). 2005-10-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-05-31.