Qarabağda erməni vandalizmi (2020)

Qarabağda erməni vandalizmi 2020Dağlıq Qarabağ atəşkəs bəyanatının nəticəsi olaraq ermənilərin tərk etməli olduqları ərazilərdə törətdikləri yanğın, dağıntı, söküntü və talama aktları.

Tarix[redaktə | mənbəni redaktə et]

27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun AlxanlıŞükürbəyliCəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri intensiv atəşə tutulur. Bundan sonra Azərbaycann ordusunun əks hücumu başlayır. Bu əks hücum əməliyyatı tarixə İkinci Qarabağ müharibəsi kimi düşür. Azərbaycan ordusu qısa zaman kəsiyində Qarabağ müharibəsi zamanı itirdiyi torpaqların bir qismini geri qaytarmağa müvəffəq olur. Üstəlik Ermənistan ordusuna vulan zərbələr nəticəsində müharibə aparmaq qabiliyyəti zəyifləyən ordunun rəhbərliyi Azərbaycanın irəli sürdüyü bəzi tələblərin yerinə yetirilməklə tam məğlubiyyətdən xilas olaraq atəşkəs bəyanatını imzalamaq məcburiyyətində qalır. Dağlıq Qarabağ atəşkəs bəyanatının 2-ci və 6-cı maddələrində göstərildiyi kimi Ermənistan ordusu 15 noyabra kimi Kəlbəcər, 20 noyabra kimi Ağdam və nəhayət 1 dekabra kimi Laçın rayonunu tərk etmək məcburiyyətində qalır. Bəyanatın imzalandığı günün ertəsindən ilkin olaraq Kəlbəcər rayonunda ordunun və qanunsuz məskunlaşan əhalinin köçü başlayır[1].

Kəlbəcər[redaktə | mənbəni redaktə et]

İlkin olaraq Kəlbəcərdə qanunsuz məskunlaşan ermənilər rayon ərazisini tərk etməli olur. Bu köç zamanı ermənilər yaşadıqları evləri yandıraraq Azərbaycan torpaqlarından çıxırlar. Bununla belə kifayətlənməyərək, mülki infrasturkturu və obyekləri də yararsız vəziyyətə salır, həmçinin Azərbaycana məxsus meşələri qırır və yandıraraq ekoloji terror törədirlər[2].

Rri.ru saytında Serqey Dmitrievin Vazgen adlı erməni ilə müsahibəsindən:

" Ev nə olacaq?

- Sabah od vurub yola çıxırıq. Heç kim burada qalmayacaq. 20 ildir insanlar yaşayır və tikirlər. Cəmi iki ildir burdayam, amma həyat yoldaşım burada doğulub. Deyəcək bir şey yoxdur, hamı kədərlidir. Sabah kimin burada gəzəcəyini, burada nə edəcəyini, nəyin çəkiləcəyini bilmirik[1].

"

25 noyabra qədər Kəlbəcəri tərk etməli olan ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürür, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. Bu addımı isə yaşadıqları evlərdə azərbaycanlıların yaşamaması üçün atdıqlarını deyirlər. Sosial şəbəkələrdə isə erməni vandallığının daha bir görüntüsü yayılıb. Görüntülərdə onların evləri yandırmaqdan əlavə apara bilmədikləri mal-qaranı da kəsərək öldürdükləri görünür[3].

Ağdam[redaktə | mənbəni redaktə et]

Kəlbəcərdə yaşanan olarların eynisidə Ağdamda yaşanır. Ermənilərin bir qismi evini, ərzaq dükanlarını, təsrrüfat binalarını yandırırlar[4]. Milli Coğrafiya Cəmiyyətinin tanınan Azərbaycan əsilli fransız fotoqrafı Rza Diqqəti özünün “Facebook” səhifəsindəki paylaşımında bu sözləri bildirib:

" Ağdam rayonunun Qiyaslı kəndində XVIII əsrə aid məscid işğalın davam etdiyi üç onillik ərzində inəkləri saxlamaq üçün istifadə olunub. İşğalçılar rayonu tərk etməmişdən əvvəl bacardıqlarını özləri ilə aparıb, məscidi isə yandırıblar. "

Füzuli[redaktə | mənbəni redaktə et]

Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və həmişəki kimi, heyvanlar üçün istifadə edilib[5].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ermənilər Kəlbəcəri belə tərk edir Arxivləşdirilib 2022-08-20 at the Wayback Machine.
  2. "Erməni vəhşiliyi davam edir – Ərazilərimizdən çıxanlar ekoloji terror da törədir – Fotolar". 2020-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-14.
  3. Ermənilərin daha bir vəhşiliyi[ölü keçid]
  4. [www.aztv.az/az/news/10419/ermeniler-agdami-yandirirlar Ermənilər Ağdamı yandırırlar]
  5. "Ermənilər bu tarixi məscidimizi də tövləyə çevirib". 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-30.