Qarabatdaqlar

Qarabatdaqlar (lat. Phalacrocoracidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinə aid heyvan fəsiləsi.

Qarabatdaqlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Qarabatdaqlar
Beynəlxalq elmi adı

Eyni adlı cinsin (Phalacrocorax Briss., 1760) 2 növü Azərbaycanda yaşayır. Bu quşlar möhkəm bədənli iri quşlardır. Quyruğu uzundur. Dimdiyinin ucunda qarmaq, gövdəsində isə çılpaq dəri vardır. Rəngi qaradır. Suda çox yaxşı üzür və suya baş vurur. Suda sanki dərin oturur, quyruğunu suya salır. Quruda şaquli vəziyyətdə dayanır. Lələkləri suda çox tez islanır. Buna görə də çox vaxt quruda qanadlarını sallayaraq özünü qurudur. Uçuşu qaçaraq, ağırdır. Səsi kar qarıltıdır. Əti balıq iyi verir və ona görə də çox da yeyilmir. Buna görə də onu əvvəlcədən hazırlamaq lazımdır (məsələn, basdırma etmək olar)[3].

Azərbaycanda Qarabatdaqlar fəsiləsinə 1 cins və 2 növ daxildir. Onlar aşağıdakı kimidir:

  1. Integrated Taxonomic Information System (ing.). 2011.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.