Qarabayramlı tayfası — Hacısamlı camaatının qoludur.
Qarabayramlı tayfasının ulu babası Qara Bayram Şəvə oğludur.[1][2]
Qarabağ xanlığının Qaraçorlu mahalında qərar tutmuşdular. Qarabayramlı tayfası indiki Laçın rayonundakı Şəlvə, Qabaqtəpə-Daşlı, Kalafalıq-Daşlı, Canıbəyli, Narışlar, Vəlibəyli, Budaqdərə, Hacıxanlı, Qovuşuq, Kaha kəndlərini yaratmışdılar.[3]
Bəzi mənbələrdə Qarabayramlı tayfasının məskunlaşıb yaşadığı kəndlərin əhalisinin kürd əsilli olması qeyd edilsə də[4][5] aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır[6] [2] [7][8] Tayfa üzvlərindən bir nəfərdə olsun kürd dilində bilmirdi[9]. Kəndlərin binasını qoyan və sonralar da kəndlərdə yaşayan əhali azərbaycan türkləri olmuşdur[10].