Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Şəlvə — Azərbaycan Respublikasının Laçın rayonu Şəlvə kənd inzibati ərazi dairəsində kənd.[1]
Şəlvə | |
---|---|
39°50′01″ şm. e. 46°18′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Şəlvə kəndi Şəlvəçay sahilində, dağətəyi ərazidədir. Kəndin adı Şəlvə çayinin adından götürülmüşdür.[2] Qədim türk dilində Şəlvə sözü şölə sözündən törəmiş аlov, parıltı, işıltı, şəfəq kimi mənaları ifadə edir. Deməli, toponimin tam düzgün mənası od, аlov, parıltı, işıltı, şəfəq mənalarını verir. Digər türk dillərində bu söz bir çox hallarda “dəri”, “örtük”, bəzən də “ləpə” mənasında işlənir.[3]
Şəlvə kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının[4], 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin[5], 1867-ci ildə Zəngəzur qəzasının[6] tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur[7].
Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur[8]. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.[9]
Şəlvə kəndi 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş,[10] və işğalçılar tərəfindən yaşayış, sosial və təsərrüfat təyinatlı tikililərin əksəriyyəti yandırılmış və dağıdılmışdır.[11] Kənd əhalisi evlərindən didərgin olunmuş, onların bir qismi Ağcabədi rayonuna yerləşdirilmişdir. Rayonda Laçın rayon Şəlvə kənd 7 illik uşaq musiqi məktəbi yerləşir.[12] Şəlvə kəndi 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[13]
Əhalisi kürdlərdən ibarətdir [14]Sitat səhvi: </ref>
teqi üçün bağlanma <ref>
yoxdur
[15]
[16].
[17]
1740-cı illərin əvvəllində kənddə yenidən oturaq yaşayışı bərpa edən Qarabayramlı tayfasının Məmmədlər tirəsi olmuşdur. Sonra Tazılar, Abdullar, Nəcəfli, Abdinlər (Avdınlar) və Həsənalılar (etnik təmizləmə nəticəsində Dərələyəzi tərk edən Həsənalı adlı şəxsin törəmələri) tayfasıda bu kənddə məskunlaşır.[18]
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |