Qarabulaq nekropolu

Qarabulaq nekropoluAzərbaycan ərazisində arxeoloji abidə

Qarabulaq nekropolu Füzuli şəhəri yaxınlığında, Köndələnçayın sağ sahilində yerləşir. Burada aşkar olunan qəbir abidəsi hədsiz dağıntıya məruz qaldığından, onun formasını və dəfn adətini müəyyən etmək mümkün olmamışdır. Skelet tamamilə dağılmışdır. Qəbirdən iki bütöv qab və gil qablara aid bir neçə parça əldə edilmişdir. Bütöv qablar qara rəngli küpə və qırmızı rəngli badyadan ibarətdir. Qara rəngli küpə tipli gil qab parçalarının üzəri cızma və basma ornamentlə naxışlanmışdır.[1]

  1. Bахşəliyеv, Vəli. Azərbaycan arxeologiyası I cild (az.). Bakı: "Elm". 2007. 239s. 2010-02-09 tarixində orijinalından (#bad_url) (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12.