Qaracahisar qalası — Osmanlının İlk fəth etdiyi qala. Qalanın Bizans İmperiyası dövründə müdafiə məqsədi ilə tikildiyi güman edilir. Əskişəhər ilinin Odunbazarı ilçəsində yerləşir.
Qaracahisar qalası | |
---|---|
39°47′ şm. e. 30°31′ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Eskişehir |
Aidiyyatı |
Bizans imperiyası Böyük Səlcuq imperiyası Osmanlı imperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Əskişəhirin cənub-qərbində olan Qaracahisar qalası dəniz səviyyəsindən 1010 metr yüksəklikdə yerləşir. Təxminən 200x300 metr ölçülərində hasar ilə çevrəli bir ərazini əhatə edir.
Qaracahisar qalası mövqeyi və arxitektura xüsusiyyətləri etibarı ilə "Kastro" ya da "Qala şəhər" olaraq adlandırılan məskunlaşmaların xüsusiyyətlərini əks etdirir. Anadoluda VII və VIII əsrdə meydana gəlməyə başlayan qala şəhərlər Orta Bizans dövrünün hərbi şəhərləri olaraq deyilməkdədir. VIII əsrdən etibarən nizamlı olaraq Fars və Ərəb axınlarına məruz qalan bu məskunlaşmaların XI və XII əsrlərdə Səlcuqlu hakimiyyətinə girdiyi; XIII və XIV əsrlərdə İstanbul və Bitinyada olan Bizans məskunlaşmaları xaricindəki Anadoludakı bütün şəhərlərin Türkmən bəylikləri tərəfindən ələ keçirildiyi məlumdur. Qaracahisar və qərbində Bizans məskunlaşmalarına əvvəllər Səlcuqlu, sonra Osmanlı təhdidi qarşısında istehkamları tikildiyi, yeni qala şəhərlərin yaradıldığı məlumdur. Qaracahisarın Bizans imperatorluğunun bu dövr içərisində müdafiə etməyə istiqamətli olaraq inşa etdiyi məskunlaşmalar arasında olub olmadığı ya da var olan bir qala şəhər olaraq güçləndirilib güçləndirilmədiyi barədə hər hansı bir yazılı sənəd yoxdur. Qaracahisar qalasının də içərisində iştirak etdiyi söz mövzusu xarakterli məskunlaşmalar ilə əlaqədar kifayət qədər iş edilməmiş olması bir digər əskiklik olaraq qarşımıza çıxmaqdadır.
Xüsusilə yüksək bir sahədə inşa edilən bu cür qala şəhərlərin, içərisində çox sıx bir əhali saxlamağa və sərhədləri etibarı ilə sıx bir arxitektura təşkilata əlverişli olmadığı açıqdır. Qaracahisar qalası da bu ümumi təsvirlər içərisində qiymətləndirilməsi lazım olan mövqeyi və arxitektura tənzimləməyə sahib bir məskunlaşma olaraq qarşımıza çıxmaqdadır.
I Osman tərəfindən 1288-ci ildə Qaracahisar qalasının fəth olunmasından sonra Osmanlı dövlətinin quruluş tarixi olaraq qəbul edilir. 1299-ci ildə Qaracahisarda Osman qazi adına sikkə basılaraq ilk xütbə oxuduldu. Qalanın fəthindən sonrakı müddətdə bir Qazı (Dursun Fakı) ilə Subaşının (Gündüz alp) vəzifələndirildiyi və rəhbərliyinin Orxan Qaziyə verildiyi barədə Osmanlı qaynaqlarında məlumatlarımız olduqca məhduddur. Fatih dövründə qalanınn tərk edilərək aşağısında yeni məskunlaşmanın salınması barədə məlumatlar da var. Bu ümumi məlumatlar eyni zamanda Qaracahisar qalası ilə əlaqədar bu günə qədər edilən işlərdə ortaya çıxan tərif və qiymətləndirmələr daxildir.