Qaracalar (gürc. ყარაჯალა) — Gürcüstanın Telavi bələdiyyəsində, Alazan-Həftəran vadisində yerləşən kənd. Əhalisi 4,891 nəfərdir (2014).[2] Əhalinin çox hissəsi azərbaycanlı və müsəlmandır (əsasən Sünni). Kənddə bir məktəb, bir uşaq bağçası və bir məscid var.
Qaracalar | |
---|---|
ყარაჯალა | |
41°58′07″ şm. e. 45°26′51″ ş. u. | |
Ölkə | Gürcüstan |
Tabesində | Telavi bələdiyyəsi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 460 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
8 270 (2002)[1] nəfər 4 891 (2014)[2] nəfər |
Milli tərkibi | azərbaycanlılar 99% |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 |
Nəqliyyat kodu | GE |
Kəndin əhalisi əsasən əkinçilik, maldarlıq (böyük və kiçik buynuz), üzümçülük və ən çox ticarətlə məşğul olur. Sovet İttifaqının dağılmasından sonra, kənd sakinlərinin əksəriyyəti Tiflisə, Türkiyəyə, Qazaxıstana, Ukraynaya, Rusiyaya köç etmişlər.