Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qaraciyər regenerasiyası —
Regenerasiya məzmunca hüceyrələrin proqramlaşdırılmış yeniləşməsi və çoxalması prosessi olub, mahiyyətcə orqanizmin özünütənzim, özünüyaşatma mexanizmlərindən biridir. Hüceyrə səviyyəsində baş verən dəyişikliklərin xüsusiyyətinə görə hüceyrə regenerasiyası və hüceyrədaxili regenerasiya ayrıd edilir. Birinci regenerasiya növünə hüceyrənin bölünməsi və çoxalması aid edilir ki, bu da zədələnmiş, istifadə edilmiş, itirilmiş toxuma və hüceyrələrin (zədələnmələrdə, yaralanmalarda, dəridə, selikli epitellərdə, sümük iliyində və s.) bərpasını təmin edir. İkinci növ regenerasiya adətən bölünmə qabiliyyətini itirmiş hüceyrələdə baş verir və hüceyrədaxili orqanellərin yeniləşməsi kimi təzahür edir.[1]