Nuru Bayramov 17 sentyabr 1963-cü ildə Göyçə mahalınınBasarkeçər rayonununNərimanlı kəndində anadan olmuşdur. 1970-ci ildə Nərimanlı kənd orta məktəbinə getmiş, 1980-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra elə həmin ildə də Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1986-cı ildə bu fakültəni "Lenin adına təqaüdçü" və cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1991-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Tibb Akademiyasında "Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tədbiqi" adlı dissertasiya mövzusunu müdafiə edərək "tibb elmləri namizədi" (PhD) elmi dərəcəsini almışdır.
1991–1994-cü illərdə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər kafedrasında assistent vəzifəsində işləmişdir. Qarabağ müharibəsi dövründə yaralılara Tərtər hərbi hospitalında və arxa cəbhədə cərrahi xitmətin göstərilməsində aktiv iştirak etmiş, Xocalı soyqırımı zamanı donmuş insanların müalicəsində yenilikçi fəaliyyət göstərmişdir.
1994-cü ildə "Qaraciyər cərrahiyyəsi və transplantasiyası" mövzuları üzrə elmi tədqiqat işləri aparmaq, "Laparoskopik, qastroentoroloji və onkoloji cərrahiyə" üzrə praktik təcrübə keçmək üçün Türkiyə Respublikasına ezam edilmişdir. 2000-ci ilə qədər Yüksək İxtisas Xəstaxanasında, Başkənd Universiteti Orqan Nəqli Klinikasında və Ankara Universiteti Cərrahi Onkologiya Bölümündə elmi-tədqiqat işləri aparmış və praktik təcrübə keçmişdir.
1996–1998 illərdə Türkiyənin Yüzüncü Yıl və Kırıkkale Universitetlərinin Ümumi cərrahiyyə kafedrasında Dossent Doktor kimi, kafedra müdirü vəzifəsində işləmiş, kafedraların qurulmasında, Laparoskopik cərrahiyyənin, qaraciyər cərrahiyyəsinin təşkil edilməsində iştirak etmişdir.
1999-cu ildə "Qaraciyər rezeksiyalarından sonrakı ağırlaşmaların proqnozlaşdırılması və profilaktikası" mövzusunda dissertasiya müdafiə edərək "Tibb elmləri doktoru" elmi dərəcəsi almışdır.
2000-ci ildə Türkiyədə ixtisaslaşma keçmək üçün göndərilən Mərkəzi Klinik Xəstəxananın həkim və tibb bacılarına rəhbərlik etmişdir. 2001-ci ildən Azərbaycana qayıdaraq Mərkəzi Klinik Xəstəxananın və Mərkəzi Gömrük Hospitalının təşkilində, kadr hazırlığında, ümumi laparoskopik və transplantasyon cərrahiyyənin yaradılmasında aktiv iştirak etmişdir.
2001-ci ildə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər kafedrasında dossent, 2004-cü ildə professor, 2012-ci ildən isə kafedra müdiri vəzifəsinə seçilmişdir. 2015–2016-cı illərdə ATU Cərrahi Klinikasının direktor əvəzi vəzifəsində işləmişdir.
2020-ci ildə ATU Cərrahiyyə Klinikasında, Dövlət Təhlükəsisliyi Xidmətinin Mərkəzi Hospitalında və Mərkəzi Gömrük Hospitalında II Qarabağ müharibəsi yaralılarına cərrahi xidmətin tədrisində, təşkilində və hayata keçirilməsində fəal iştirak etmişdir.
2020–2021-ci illərdə koranovirus xəstələrində cərrahi, transplantasyon və hepatoloji problemlərin həllində konsultativ kömək göstərmiş, elmi-praktik ilərin təşkilində iştirak etmişdir.
Nuru Bayramov elmi fəaliyyətinə tələbəlik illərindən başlamışdır. Universitetin 3-cü kursundan başlayaraq tələbə elmi cəmiyyətinin üzvü, 1984–1986-cı illərdə müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri olmuş, dəfələrlə Azərbaycanda və SSRİ-nin müxtəlif ölkələrində keçirilən Tələbə Elmi Cəmiyyətlərinin konfranslarında çıxış etmişdir. Hələ tələbəlik dövründə onun 11 elmi işi çap olunmuşdur. Əlaçı tələbə olduğu və elmi işlərdə aktiv fəaliyyətini nəzərə alaraq ona 1985-ci ildə İnstitiun ən yüksək təqüdü olan "Lenin təqaüdü" verilmiş və klinik ordinaturaya qəbul edilmişdir. O elmi fəaliyyətini klinik ordinatura dövründə də davam etdirmiş, pilonidal sinusun müalicəsinə aid səmərəli təklif və ixtira şəhadətnamələri almışdır.
Onun sonrakı elmi fəaliyyəti 1988–1991-ci illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunun Ümumi cərrahiyyə kafedrasında aspiranturada davam etmişdir. Burada professorlar V. İ. Qostişevin və V. A. Vertyanovun rəhbərliyi altında lazerlərin cərrahiyyədə tətbiqi üzrə elmi işlər aparmış, 1991-ci ildə aspiranturanı vaxtından əvvəl bitirmiş və "Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tədbiqi" adlı dissertasiya mövzusunu müdafiə edərək "tibb elmləri namizədi" (tibb üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır.
1991-ci ildə Azərbaycana qayıdaraq Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında assistent kimi fəaliyyətə başlamışdır. Burada lazerlərin cərrahiyyədə tətbiqi mövzusunda tədqiqatlarını davam etdirməklə yanaşı, odlu silah yaralanmalarının müalicəsinə aid tədqiqatlar aparmış, bir neçə məqalə və konfranslarda çıxışlar etmişdir. 1992-ci ildə Xocalı soyqırımı vaxtı əl və ayaqları donmalarla məruz qalan Azərbaycan vətandaşlarının müalicəsində ilk dəfə olaraq suda həll olan məlhəmlər və lazer şüaları təbiq etmişdir. Bu yeni müalicənin nəticəsində nekrozun həcmi azalmış, hüdudlanma və müalicə müddəti xeyli qısalmışdır. Onun bu sahədə apardığı tədqiqatların nəticəsində bir neçə məqalə, bir fəlsəfə doktorluğu dissertasiyası və ixtira ortaya çıxmışdır.
Onun növbəti elmi fəaliyyəti 1994–2000-ci illərdə Türkiyənin Yüksek İhtisas Hastanesi, Başkent Universitesi, Ankara Universitesi və Yüzüncü Yıl Universitesində davam etmişdir. O bu elmi-tədris ocaqlarında uzmanlıq və yan ixtisaslaşma keçməklə yanaşı transplantasiya, qaraciyər rezeksiyaları və laparoskopik cərrahiyyə üzrə klinik və eksperimental tədqiqatlar aparmışdır. Canlı donorlarda qaraciyər rezeksiyaları, qaraciyər rezeksiyasında su şırnağı, sirrotik qaraciyər rezeksiyalarında ultrasəs bışağı (CUSA) və arqon koaqulyatoru, lazerin və dalarginin qaraciyər regenerasiyasına təsiri, rezeksiyalardan sonra qaraciyərin morfo-funksional regenerasiyası, ağırlaşmaların profilaktikası, laparoskopik cərrahiyyədə ağırlaşmalar, qaraciyər yaralanmalarının təsnifatı və s. onun bu dövrdəki əsas tədqiqat mövzuları olmuşdur. O, 1997-ci ildə Van şəhərində Yüzüncü Yıl Universitetində su şırnağının qaraciyər rezeksiyasında tətbiqi üzrə eksperimental tədqiqatlar aprmış və su şırnağının bəzi parametrlərini dəqiqləşdirə bilmişdir (diametri və təzyiqi). Bu mövzu üzrə bir neçə məqalə və bir fəlsəfə doktorluğu dissertsiyası müdafiə edilmişdir.
O qaraciyər rezeksiyası və transplantasiyası üzrə apardığı klinik və eksperimental tədqiatların nəticəsində 2 monoqrafiya, 31 məqalə nəşr etdirmiş, 1999-cu ildə "Qaraciyər rezeksiyalarından sonrakı ağırlaşmaların proqnozlaşdırılması və profilaktikası" mövzusunda dissertasiya müdafiə edərək "tibb elmləri doktoru" elmi dərəcəsi almışdır.
Nuru Bayramov 2000-ci ildə Azərbaycana qayıdaraq Azərbaycan Tibb Universitetində əvvəl dossent, professor, hazırda isə I cərrahi xəstəliklər kafedrasının müdiri kimi fəaliyyətini davam etdirir. Bu dövrdə onun elmi fəaliyyətinin əsas istiqamətlərini qaraciyər rezeksiyaları, qaraciyər və böyrək trasnplantasiyası, laparoskopik və metabolik cərrahiyyə, kök hüceyrələr və gentik tədqiqatlar təşkil etməkdədir. Onun rəhbərliyi ilə laparokopik appendektomiya, laparoskopik fundoplikasiya, laproskopik öd yolları müayinələri, laparokopik xoledox əməliyyatları, laparoskopik yırtıq təmiri, laproskopik simultan əməliyyatlar, mövzularında fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilmiş, qaraciyər transplantasiyasında biliar ağırlaşmalar, mikro-RNT-lər, qaraciyər disfunksiyası və histonlar, kolorektal poliplərdə kök hüceyrələr, tiroid patologiyalarında yod polimerləri, qaraciyər patologiyalarında elsatoqrafiya, aşırı piylənmədə bariatrik əməliyyatlar mövzularında doktorluq dissertsiya işləri davam etdirilir. Oun elastoqrafiya və yağlı qaraciyərlərə bağlı sirrozlarda gen polimorfizmi üzrə qrant layihələri qəbul edilmişdir. Azərbaycanda ilk dəfə olaraq kök hüceyrlərinin qaraciyər xəstəliyində tətbiqi onun tərəfindən həyata keçirilmişdir. O dünyada ilk dəfə olaraq kolorektal polplərdə kök hüceyrələr üzrə tədqiqatlarda mühüm nəticələr əldə etmişdir. Ölkəmizdə kök hüceyrlər barədə ilk elmi tədqiqat işləri, qaraciyər xəstəliklərində və Koron xəstəliyində kök hüceyrələrinin tətbiqi onun tərəfindən aparılmışdır.
O Azərbaycanda və dünyada elmi-təşkilatı işlərdə aktiv fəaliyyət göstərir. Azərbaycanda tibb elminin piroritet istiqamətlərinin müəyyənləşdirilməsində və təbliğində (kök hüceyrələr və regenerator tibb, genomika, molekulyar biologiya, yüksək texnologiyalar və tibb, sübutlu təbabət, translyasyon tibb və s.) aktiv iştirak edir. Onun təşkilatçılığı ilə 2014-cü ildən başlayaraq ilə hər il 5–6 beynəlxalq konfranslar keçirilir ki, bunlara Bakı-Malatya Transplatasiya günləri, Türkiyə-Azərbaycan Hepatoloji Kursu, Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə, Endokrin Cərrahiyyə, Kolorektal Cərrahiyyə üzrə requlyar keçirilən konfransları aid etmək olar.
2022-ci ilin yanvarına qədər 205 konqresdə iştirak etmişdir. 31 kitab, 10 metodik tövsiyə, 163 məqalə, 201 tezis, 10 ixtira və səmərələşdirici təklifin müəllifidir.
Rəhbərliyi altında 7 dissertasiya işi müdafiə olunmuşdur. İki qrant layihəsinin iştirakçısıdır.
Nuru Bayramov Azərbaycanda klinik, elmi təbabətin və tibb təhsilinin müasirləşməsi və inkişafı prosesində aktiv iştirak edir. 1990-cı illərdə Bakıda və cəbhə xəttindəki hərbi hospitallarda Qarabağ müharibəsində yaralanalara ixtisaslaşmış cərrahi xidmət göstərmişdir. 1992-ci ildə Xocalı soyqırımında evlərini tərk etməyə məcbur olub bir neçə gün soyuqda qaldıqdan sonra əl və ayaqlarında donmalar baş verən mülki əhalinin müalicəsində aktiv iştirak etmiş və yeni müalicə üsulunu tətbiq edərək uğurlu nəticə əldə etmişdir. Bundan başqa 1994-cü ilin yanvar ayında Tərtər rayonunda 2 saylı Hərbi Səhra Hospitalında çalışmış, çoxsaylı yaralı əsgərlərə ixisaslaşmış cərrahi xidmət göstərmişdir.
O həmçinin 2020-ci ildə ATU Cərrahiyyə Klinikasında, Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzi Hospitalında və Mərkəzi Gömrük Hospitalında II Qarabağ müharibəsi yaralılarına cərrahi xidmətin tədrisində, təşkilində və hayata keçirilməsində fəal iştirak etmişdir.
O Türkiyədə Yüzüncü Yıl Universiteti və Kırıkkale Universiteti Tibb Fakültələrində ümumi, laparoskopik və qaraciyər cərrahiyyəsinin təşkilində fəal iştirak etmişdir.
Azərbaycanda laparoskopik, transplantasyon, qaraciyər və bariatrik-metabolik cərrahiyənin elmi-praktik əsasını qoyan, beynəlxalq klinik protokolları təşkil və tətbiq edən öncüllərdəndir.
Ölkəmizdə ilk müasir klinkalardan olan Mərkəzi Klinik Xəstəxanada, Mərkəzi Gömrük Hospitalında və Tədris Cərrahiyyə Klinikasında cərrahi xidmətin təşkilində, o cümlədən 1999-cu ildə M. Nağıyev adına xəstəxanada, 2001-ci ildə Mərkəzi Klinikada və 2009-cu ildə Mərkəzi Gömrük hospitalında laparoskopik mərkəzlərin yaradılmasında aktiv iştirak etmiş, 2010-cu ildə Gömrük Hospitalında və 2014-cü ildə Tədris Cərrahiyyə Klinikasında transplantasiya bölümlərinin təşkilinə, qaraciyər və böyrək köçürülməsi əməliyyatlarının həyata keçirilməsinə rəhbərlik etmişdir.
Azərbaycanda ilk kök hüceyrə köçürülməsi, bariatrik əməliyyatlar, böyük qaraciyər rezeskiyaları o cümlədən ALPPS əməliyyatları, zədələnməyə nəzarət cərrahiyyəsi, sintetik yamaqla proqramlaşdırılmış laparostomiya, bir çox irəli səvviyyə laparoskopik əməliyyatlar (xoledox eksploarasiyası və rezeksiyası, xoledoxo-duodenoanastomoz, xoledoxo-yeyunoanastomoz, fundoplikasiya, qaraciyər, pankreas, mədə, nazik və yoğun bağırsaq rezeksiyaları, portal vena liqasiyası, qastro-yeyunostomiya, splenektomiya, histerektomiya, kist və yırtıq əməliyyatları, renal kistektomiya, simpatektomiya və s.), dünyada ilk torakoskopik frenik nervektomiya, ölkəmizdə ilk kök hüceyrə köçürülməsi və Azərbaycan Tibb Unversitetində ilk orqan transplantasiyası (2015) onun başçılığı ilə həyata keçirilmişdir.
O, ölkəmizdə koranovirus xəstələrində cərrahi, transplantasyon və hepatoloji problemlərin həllində konsultativ kömək göstərmiş, elmi-praktik ilərin təşkilində iştirak etmişdir.
O, olkəmizdə beynəlxalq konsilumları təşkil və davam etdirən ilk həkimlərimizdəndir.
Onun yetişdirdiyi cərrahlar Azərbaycanda və dünyada laparoskopik cərrahiyyənin inkişafında və geniş tətbiqində mühüm rol oynayırlar.
Nuru Bayramov 2019-cu ildə Malatya şəhərində İnönü Universiteti Karaciger Nakli Enstitütüsündə həyata keçirilən və Ginnesin Rekordlarına namizəd olan "Eyni anda 5 xəstəyə canlıdan qaraciyər köçürülməsi əməliyyatları"nın iştirakçışı və beynəlxalq eksperti olmuşdur.[2]
Nuru Bayramov pedaqoji fəaliyyətinə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasında aspirantura dövründən başlamış, Yüzüncü Yıl Universitesinde (1996–1997) və Kırıkkale Univesitesində (1998) Dosent doktor, Azərbaycan Tibb Universitetində isə asistent (1991–1994), dossent (1999–2004), professor (2004–2012) və kafedra müdiri (2012-dən) vəzifələrində davam etmişdir.
Azərbaycanda tələbələrin və rezisdentlərin cərrahiyyə üzrə təhsilinin müasirləşdirlməsində də fəal iştirak etməkdədir. Onun rəhbərliyi ilə ölkəmizdə ilk dəfə olaraq tələbələr və rezidentlər üçün müasir səriştəyönlü təhsil proqramı Cərrahi xəstəliklər və hərbi səhra cərrahiyyəsi fənni üzrə tədris proqramı, online Cərrahiyyə dərsliyi, Cərrahi xəstəliklər və bck.az adlı portal hazırlanmış, bütün dərs materiallarının, o cümlədən mühazirələrin, praktiki dərs mövzularının, əməliyyat texnikalarının, test suallarının elektron variantları tərtib etmiş, dəsrlərin multimediya vasitələri ilə aparılmasına başlamış, interaktiv səhər dərsləri və konseylər təşkil etmiş, cərrahi xəstələrin müayinə və müalicə protokolları hazırlanmış, tələbələr və rezidentlər üçün açıq və laparoskopik cərrahi təlim kursları, xaricdə və online kurslar təşkil edilmişdir.
Qanın qırmızı lazerlə şüalandırılmasının immun sistemə təsirinin 2 qanunauyğunluğu tapılmışdır: stimulyasiya olunmuş immun sistemi supressiya edir, supressiya olunmuş sistemi isə stimulyasiya edir; bu effekti 3–4-cü gün maksimuma çatır, 7 gün sonra aradan qalxır. Buna əsaslanaraq proqnozlaşdırma üsulu hazırlnamışdır (1990).
Qanın lazerlə şüalandırılması laxtalanma sisteminə korreksiyaedici təsir göstərir, qaraciyər regenerasiyasına müsbət təsir edir (1990).
Donmaların erkən müalicəsində suda həll olan əsaslı məlhəmlərin və qanın lazerlə şüalandırılması effektiv metoddur (1992).
Ultrasəs bıçağı (CUSA — Cavitron Ultrasonic Surgical Aspirator) sirrotik qaraciyər rezeksiyalarında arqonlu koaqulyatorla birlikdə istifadəsi daha faydalıdır (1996).
Qaraciyər rezeksiyası üçün su şırnağı üsulunun parametrləri dəqiqləşdirilmişdir (1997).
Normal və sirrotik qaraciyərlərin böyük rezeksiyadan sonrakı regenerasiyanın dinamikası öyrənilmişdir (1996).
Normal qaraciyər rezeksiyalarında regenerasiyanı sürətləndirmə tədbirlərinin ciddi faydası yoxdur, xronik hepatit və sirrozda isə proregenerator tədbirlərə ehtiyac var və qanın lazer şüalandırılması faydalı ola bilər (1996).
Rezeksiyadan sonra qaraciyər yetməzliyinin proqnozlaşdırılması üçün əməliyyatdaxili indosianin sınağı hazırlanmışdır (1996).
Qaraciyərin kistləri və absesləri modelləri işlənib hazırlanmışdır (1996).
Açıq və laparoskopik əməliyyatlar piylənməsi olan xəstələrdə subklinik qaraciyər zədələnməsinə və disfunksiyasına səbəb olur və ağırlaşmalara meyillik yaradır (2020).
Histonlar canlı donor rezeksiyalarından və qaraciyər transplantasiyasından sonrakı qaraciyər disfunksiyalarını erkən müəyyənləşdirmək üçün biomarker ola bilər (2021).
Canlı donorda qaraciyər rezeksiyalarından sonra meydana gələn ağırlaşmalar arasında ən çox rast gəlinəni biliar ağırlaşmalardır və bunların da əksəriyyəti yüngül dərəcəli ağırlaşmalardır (2012).
Canlıdan qaraciyər transplantasiyasında biliar ağırlaşmalar ciddi problem təşkil edir (30%-ə yaxın rast gəlinir) və cərrahi profilaktikasında anti-işemik və distal transanastomotik drenaj tədbirləri faydalı görünür (2012).
Qaraciyər sirrozu fonunda inkişaf edən hepatosellular karsinomada qaraciyər transplantasiyası ilk seçim əməliyyatı ola bilər (2010).
Qaraciyərin transplantasiyaya əks göstəriş hesab edilən bəzi xəstəliklərində (portal vena trombozu, damarlara yayılmış alveolar exinokokkoz) qaraciyər transplantasiyası mümkün ola bilir (2014).
Standart klinik, laborator və görüntüləmə metodları ilə qaraciyəri normal görünən qaraciyər donorlarında aparılan elektron mikroskopiya göstərmişdir ki, bunların əksəriyyətinin hepatositlərində irəli dərəcədə yağlanma mövcuddur. Bu nəticənin irəlidəki tədqiqatlarla klinik əhəmiyyətini araşdırmaq lazımdır (2015).
Donor hepatektomiyalarından sonra ekstrasellular histonların plazmadakı səviyyəsi ilə qaraciyər funksiyası arasında neqativ korrelyasiya var və əməliyyatdan 24 saat sonrakı histon səviyyəsi postrezeksiyon qraciyər disfunksiyasının prediktoru ola bilər (2021).
Böyrək və qaraciyər alıcılarında COVİD-19 infeksiyası topluma nəzərən daha çox rast gəlinir, daha yükək letallıqla seyr edir, kişi cinsi, steroid alınmaması və invaziv ventilyasiya letallıq üçün risk faktorları sayıla bilər (2021).
Kalot üçbucağının geniş diseksiyası və "iki pəncərə" prinsipinə əməl olunması və kisə arteriyasının axacaqdan əvvəl bağlanması öd yolları zədələnmələrini və qanaxmaları azaldan vacib işləmlərdir və bu "standart texnika" kimi tövsiyə edilir (1997).
Kəskin xolesistitlərdə erkən (24 saat ərzində) laparoskopik əməliyyat daha effektivdir, həttda sirrotik xəstələrdə mümkün ola bilir (1998).
Öd yollarının hissəvi zədələnmələrində endoskopik stendləmə və ya drenaj ilk seçim kimi daha effektivdir (1999).
Öd kisəsində və xoledoxda daş olduqda biretaplı laparoskopik müdaxilə (laparoskopik xolesistektomiya, xoledoxotomiya və xoledoxoskopla daşçıxarma) iqtisadi və tibbi nöqteyi-nəzərdən ikietaplıya görə daha faydalıdır, ilk seçim kimi tövsiyə olunur (2003).
Laparoskopik müdaxilə həm ağırlaşmış, həm də ağırlaşmamış appendisitlərdə əməliyyatdan sonrakı ağırlaşmaları, yatış müddətini azaldır (2003).
Qarın boşluğunda iki və ya daha çox cərrahi patologiyanın laparoskopik müalicəsi ümumi ağırlaşmaları azaldır, spesifik ağırlaşmaları isə artırmır (2004).
Lokalizasiya və sayından asılı olmayaraq qaraciyər exinokokkozunda laparoskopiya mümkündür və əməliyyatdaxili USM bu işləmi asanlaşdırır (2004).
Əməliyyatdan sonrakı yırtıqlarda laparoskopik hernioplastika yara ağırlaşmalarını ciddi azaldır və ilk seçim kimi tövsiyə olunur (2002).
İkinci Qarabağ müharibəsi yararılarına cərrahi yardımın nəticələri göstərmişdir ki, mina-partlayış zədələnmələri çoxsaylı və geniş yaralanmalar törədir, erkən neqativ-təzyiqli yara terapiyası, autodermoplastika və kolostomiyanın laparoskopik bərpası reablitasiyanı sürətləndirir (2021).
İlkin nəticələr göstərmişdir ki, sümük iliyi mənşəli autoloq mezenximal kök hüceyrələrinin qaraciyərə birbaşa (intraarterial) köçürülməsi etibarlı üsuldur, ağır dərəcəli sirrozda və autoimmun hepatitdə koaqulopatiyanı korreksiya edə bilir (2015, 2021).
Kolon poliplərində kök hüceyrələrin araşdırılması göstərmişdir ki, villoz adenomalarda kök hüceyrələrin (CD133) sayı digərlərinə görə daha çoxdur və malignizasiya potensialı daşıyır (2017).
Araşdırılması göstərmişdir ki, kolon poliplərin əksəriyyətində kök hüceyrələr var, ölçüsü böyük, villoz və displastik poliplərdə kanser kök hüceyrələrin miqdarı artır və kanser riqi yüksəlir (2021).
Qaraciyərin xəstəliklərində aparılan elastoqrafik müayinələrin ilkin təhlili göstərir ki, dalağın elastoqrafik göstəricisi portal hipertenziyanın və varikozun dərəcəsi ilə paralellik təşkil edir. Bu nəticəyə görə portal hipertenziyanın ağırlıq dərəcəsini təyin etmək üçün qeyri-invaziv müayinə kimi elastoqrafiya istifadə edilə bilər (2017).
Canlıdan qaraciyər transplantasiyası olunmuş xəstələrdə aparılan elastoqrafik müayinələrin nəticələri göstərir ki, transplantasiyadan sonradalağın sıxlığı dinamikada azalır, qaraciyərin sıxlığı isə ağırlaşmalı xəstələrdə yüksək, ağırlaşmasız xəstələrdə isə normal səviyyədə seyr edir. Bu ilkin nəticələrə görə postransplant xəstələrdə qaraciyər disfunksiyasını, portal hipertenziyanı dəyərləndirmək və izləmək üçün qraftın və dalağın zərbə-dalğa elstoqrafiyası faydalı vasitə ola bilər (2018).
2006-cı ildən I müalicə-profilaktika fakültəsi Elmi Şurasının, 2006–2014-cü illərdə D.03.011 Dissertasiya Şurasının üzvü, 2015-ci ildən Ali Attestasiya Komossiyasının Rəyasət Heyətinin üzvü, 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tibb üzrə Əlaqələndirmə Şurasının sədri, 2016-cı ildən Biologiya və Tibb Bölümünün Akademik katibinin müavini və Büronun üzvüdür.
2013-cü ildən ATU-nun "Cərrahiyyə" üzrə Problem Komissiyasının sədridir.
Avropa Hepatoloqlar Cəmiyyəti (EASL), Avropa Endoskopik Cərrahiyyə Cəmiyyəti (EAES), Avropa Transplantasiya Cəmiyyəti (ESOT), Avropa Kolorektal Cərrahiyyə Cəmiyyəti (ESCS), Beynəlxalq Qaraciyər Transplantasiyası Cəmiyyəti (ILTS), Beynəlxalq Transplantasiya Cəmiyyəti (TTS), Beynəlxalq Qastroenteroloqlar və Onkoloji Cərrahlar cəmiyyəti (IASGO), Beynəlxalq Piylənmə Cərrahiyyəsi Federasiyası (IFSO), Avropa Transluminal Cərrahiyyə Cəmiyyəti (EATS), Asya və Passifik Qaraciyər Araşdırma Cəmiyyətinin üzvü (APASL), Yaxın Şərq Transplantasiya Cəmiyyətinin üzvü (MESOT), Klinik Robotik Cərrahlar Cəmiyyəti (CRSA) və Türkiyə Qastroenteroloqlar Cəmiyyətinin üzvüdür.
Bayramov NY, Bayraktar Y, Janqabılov AK, Qadayev AQ, Rahişev AR, Salimgereeva BJ, et al. Türkdilli xalqların qastroenteroloji terminlər lüğəti [Internet]. Bayramov N, Bayraktar Y, editors. E-Book. Van: Yuzuncu Yıl Universitesi, Azərbaycan Tibb Universiteti; 1997. 40 p. Available from: http://bck.az/images/books/K-01.Turkdili xalqların qastroenteroloji terminlər lugeti (1997).pdf
Bayramov NY. Qaraciyər regenerasiyası [Internet]. Van: Print- Önder ofset. E-book-Azərbaycan Tibb Universiteti; 1997. 1–80 p. Available from: https://doi.org/10.25045/k.nurubay.qcreg
Sultanov HA, Məmmədov İM, Əşrəfov Ə. H., Qeybullayev AƏ., Rüstəmov Ə. M., Əliyeva TA, et al. Qarın boşluğu üzvlərinin təxirəsalınmaz cərrahlığı [Internet]. Baku: Print Yazıçı nəşriyyatı, E-book; 1998. 380 p. Available from: https://doi.org/10.25045/k.nurubay.qbtecilicerrahi
Bayramov NY. Portal hipertenziya [Internet]. Baku: Print- Qismet, Elektron-Azerbaycan Tibb Universiteti; 2007. 138 p. Available from: http://bck.az/images/books/K-09. Portal hipertenziya (2007).pdf
Bayramov NY, Bayraktar Y, Zakirxocayev ŞY, Qadaev AQ, Hepgül K, Özden A, et al. Coxdilli anatomik luget [Internet]. Bayramov NY, editor. Vol. 1. Baku: Print – Oscar, ATXEM, Elektron-Azerbaycan Tibb Universiteti; 2008. 71 p. Available from: https://doi.org/10.25045/k.nurubay.anatomlugat
Bayramov NY. Cərrahiyyədən mühazirə slaydları [Internet]. Baku: Azerbaycan Tibb Universiteti; 2008. 785 p. Available from: http://bck.az/images/books/K-10. Cərrahiyyə mühazirələri slaydları tək faiı (2008).pdf
Bayramov NY. Təcili abdominal cərrahiyyədə müayinə və müalicə qaydaları [Internet]. Baku: Qismət, Author; 2009. 138 p. Available from: https://doi.org/10.25045/k.nurubay.tecilicerr
Bayramov NY, Rüstəm Ə. M., Əliyev EA. Şərəfli ömürün səhifələri: Professor Həsən Abbas oğlu Sultanov. Bakı: Azərbaycan Tibb Universiteti, UniPrint; 2012. 94 p.
Bayramov N. Qalxanvari vəzin cərrahi xəstəlikləri [Internet]. Baku: Print-Təbib, Elektron-Azerbaycan Tibb Universitesi; 2012. 114 p. Available from: https://doi.org/10.25045/k.nurubay.tiroidcerrahi
Yılmaz S, Bayramov NY, Kayaalp C, Məmmədov R, Novruzov N. Canlıdan qaraciyər transplantasiyasında əməliyytdan əvvəl və sonrakı müayinə və müalicə qaydaları [Internet]. Baku: Print-Qismet, E-book; 2012. 132 p. Available from: http://bck.az/images/books/K-16. Qaraciyər transplanatsiyası (2012) PDF.pdf
Bayramov NY. Qaraciyərin Cərrahi Xəstəlikləri [Internet]. Baku: Print-Qismət, Elektron- Azerbaycan Tibb Universiteti; 2012. 327 p. Available from: https://doi.org/10.25045/k.nurubay.qccerrahi
Bayramov NY. Canlıdan Qaraciyər Transplantasiyası (məlumat kitabı) [Internet]. Baku: E-book; 2015. 38 p. Available from: http://bck.az/images/books/K-18. Qaraciyər translantasiyası əl kitabı (2015).pdf
Bayramov NY, Aslanova KD, Əliyev EA, Əliyev RY, Əliyev SA, Əliyev TQ, et al. Cərrahi xəstəliklər-I hissə [Internet]. 1st ed. Bayramov NY, editor. Baku: Elektron- Azərbaycan Tibb Universiteti; 2015. Available from: http://bck.az/images/books/K-19. Cərrahi xəstəliklər I hissə PDF.pdf
Bayramov NY. Cərrahi xəstəliklər üzrə klinik və praktik səriştələr [Internet]. 1st-st ed. Baku: Elektron-Azərbaycan Tibb Universiteti; 2016. 77 p. Available from: https://doi.org/10.25045/k.nurubay.cseriste
Bayramov NY. Düz bağırsaq və anal nahiyənin cərrahi xəstəlikləri [Internet]. Baku: Print-Təbib, Elektron-Azərbaycan Tibb Universiteti; 2016. 127 p. Available from: https://doi.org/10.25045/k.nurubay.analc
Bayramov NY. Nazik bağırsağın cərrahi xəstəlikləri [Internet]. Bayramov NY, editor. Baku: Təbib, Azerbaycan Tibb Universiteti; 2016. 173 p. Available from: https://doi.org/10.25045/k.nurubay.nazikbc
Bayramov NY. Akademik Əhliman Tapdıq oğlu Əmiraslanov [Internet]. Bayramov NY, Əkbərov Z, editors. Baku: Elm nəşriyyatı; 2017. 270 p. Available from: https://doi.org/10.25045/k.nurubay.amiraslanov
Bayramov NY, Mahmudov MG, Hüseynova MR. Cərrahi xəstəliklər və hərbi səhra cərrahiyyəsi fənni üzrə tədris proqramı [Internet]. Bayramov NY, editor. Baku: Azərbaycan Tibb Universiteti; 2018. 82 p. Available from: https://doi.org/10.25045/k.nurubay.cerproq
Bayramov NY. Cərrahi xəstəliklər. 2-ci nəşr [Internet]. 2nd ed. Bayramov Nuru, editor. Baku: Azərbaycan Tibb Universiteti; 2019. 2163 p. Available from: http://bck.az/images/books/K-24. Cərrahi xəstəliklər. II nəşr. Nuru Bayramov.pdf
Bayramov NY, Zeynalov B, Ömərov T, Şirinova X. Abdominal cərrahi patologiyalara yanaşma qaydaları [Internet]. 1st ed. Baku: Azərbaycan Tibb Universiteti; 2019. 562 p. Available from: http://bck.az/images/books/K-28. Abdominal cərrahiyyədə qaydalar.pdf
Bayramov NY. Tibbi tədqiqatlrın piroritet istiqamətləri və sahələri [Internet]. 1st ed. Bayramov NY, editor. Baku: AMEA, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilmə Şurası, Klinik, Regenerator və Translyason Təbabət üzrə Elmi Şurası; 2020. 1–16 p. Available from: http://bck.az/images/books/K-27. Tibbi tədqiqatların piroritet istiqamətləri və sahələri.pdf
Bayramov N. Annotasiyaların tərtibat qaydaları [Internet]. Baku: AMEA, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilmə Şurası; 2020. 52 p. Available from: http://bck.az/images/books/K-26. Annotasiya yazmaq üçün metodik göstəriş.pdf
Bayramov NY, Аббасов АГ, Асланова КД, Ахмедов АМ, Ахмедов ФФ, Алиев ЭА, et al. Хирургические болезни [Internet]. 3rd ed. Bayramov NY, editor. Baku, Istanbul: Azərbaycan Tibb Universiteti; 2020. 695 p. Available from: http://bck.az/images/books/xirurgicheskie-bolezni.pdf
Bayramov NY. Mədəaltı vəzin cərrahi xəstəlikləri [Internet]. Ankara: Print −72-matbaa, elektron-Azerbaycan Tibb Universitesi; 2001. 225 p. Available from: http://bck.az/images/books/K-07. Mədəaltı vəzin cərrahi xəstəlikləri-tək fail (2002).pdf
Bayramov NY. Öd yollarının cərrahi xəstəlikləri [Internet]. Ankara: Print-Vektor, e-book-Azərbaycan Tibb Universiteti; 2004. 333 p. Available from: http://bck.az/images/books/K-08. Öd yollarının cərrahi xəstəlikləri tək fail (2004).pdf
Bayramov NY. Portal hipertenziya [Internet]. Baku: Print- Qismet, Elektron-Azerbaycan Tibb Universiteti; 2007. 138 p. Available from: http://bck.az/images/books/K-09. Portal hipertenziya (2007).pdf
Bayramov NY. Cərrahiyyədən mühazirə slaydları [Internet]. Baku: Azerbaycan Tibb Universiteti; 2008. 785 p. Available from: http://bck.az/images/books/K-10. Cərrahiyyə mühazirələri slaydları tək faiı (2008).pdf
Bayramov NY. Təcili abdominal cərrahiyyədə müayinə və müalicə qaydaları [Internet]. Baku: Qismət, Author; 2009. 138 p. Available from: https://doi.org/10.25045/k.nurubay.tecilicerr
Bayramov N. Qalxanvari vəzin cərrahi xəstəlikləri [Internet]. Baku: Print-Təbib, Elektron-Azerbaycan Tibb Universitesi; 2012. 114 p. Available from: https://doi.org/10.25045/k.nurubay.tiroidcerrahi
Yılmaz S, Bayramov NY, Kayaalp C, Məmmədov R, Novruzov N. Canlıdan qaraciyər transplantasiyasında əməliyytdan əvvəl və sonrakı müayinə və müalicə qaydaları [Internet]. Baku: Print-Qismet, E-book; 2012. 132 p. Available from: http://bck.az/images/books/K-16. Qaraciyər transplanatsiyası (2012) PDF.pdf
Bayramov NY. Qaraciyərin Cərrahi Xəstəlikləri [Internet]. Baku: Print-Qismət, Elektron- Azerbaycan Tibb Universiteti; 2012. 327 p. Available from: https://doi.org/10.25045/k.nurubay.qccerrahi
Bayramov NY. Canlıdan Qaraciyər Transplantasiyası (məlumat kitabı) [Internet]. Baku: E-book; 2015. 38 p. Available from: http://bck.az/images/books/K-18. Qaraciyər translantasiyası əl kitabı (2015).pdf
Bayramov NY, Aslanova KD, Əliyev EA, Əliyev RY, Əliyev SA, Əliyev TQ, et al. Cərrahi xəstəliklər-I hissə [Internet]. 1st ed. Bayramov NY, editor. Baku: Elektron- Azərbaycan Tibb Universiteti; 2015. Available from: http://bck.az/images/books/K-19. Cərrahi xəstəliklər I hissə PDF.pdf
Bayramov NY. Cərrahi xəstəliklər üzrə klinik və praktik səriştələr [Internet]. 1st-st ed. Baku: Elektron-Azərbaycan Tibb Universiteti; 2016. 77 p. Available from: https://doi.org/10.25045/k.nurubay.cseriste
Bayramov NY. Düz bağırsaq və anal nahiyənin cərrahi xəstəlikləri [Internet]. Baku: Print-Təbib, Elektron-Azərbaycan Tibb Universiteti; 2016. 127 p. Available from: https://doi.org/10.25045/k.nurubay.analc
Bayramov NY. Nazik bağırsağın cərrahi xəstəlikləri [Internet]. Bayramov NY, editor. Baku: Təbib, Azerbaycan Tibb Universiteti; 2016. 173 p. Available from: https://doi.org/10.25045/k.nurubay.nazikbc
Bayramov NY, Mahmudov MG, Hüseynova MR. Cərrahi xəstəliklər və hərbi səhra cərrahiyyəsi fənni üzrə tədris proqramı [Internet]. Bayramov NY, editor. Baku: Azərbaycan Tibb Universiteti; 2018. 82 p. Available from: https://doi.org/10.25045/k.nurubay.cerproq
Bayramov NY. Cərrahi xəstəliklər. 2-ci nəşr [Internet]. 2nd ed. Bayramov Nuru, editor. Baku: Azərbaycan Tibb Universiteti; 2019. 2163 p. Available from: http://bck.az/images/books/K-24. Cərrahi xəstəliklər. II nəşr. Nuru Bayramov.pdf
Bayramov NY, Zeynalov B, Ömərov T, Şirinova X. Abdominal cərrahi patologiyalara yanaşma qaydaları [Internet]. 1st ed. Baku: Azərbaycan Tibb Universiteti; 2019. 562 p. Available from: http://bck.az/images/books/K-28. Abdominal cərrahiyyədə qaydalar.pdf
Bayramov NY. Tibbi tədqiqatlrın piroritet istiqamətləri və sahələri [Internet]. 1st ed. Bayramov NY, editor. Baku: AMEA, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilmə Şurası, Klinik, Regenerator və Translyason Təbabət üzrə Elmi Şurası; 2020. 1–16 p. Available from: http://bck.az/images/books/K-27. Tibbi tədqiqatların piroritet istiqamətləri və sahələri.pdf
Bayramov N. Annotasiyaların tərtibat qaydaları [Internet]. Baku: AMEA, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilmə Şurası; 2020. 52 p. Available from: http://bck.az/images/books/K-26. Annotasiya yazmaq üçün metodik göstəriş.pdf
Bayramov NY, Аббасов АГ, Асланова КД, Ахмедов АМ, Ахмедов ФФ, Алиев ЭА, et al. Хирургические болезни [Internet]. 3rd ed. Bayramov NY, editor. Baku, Istanbul: Azərbaycan Tibb Universiteti; 2020. 695 p. Available from: http://bck.az/images/books/xirurgicheskie-bolezni.pdf