Qaraciyər sorucusu

Qaraciyər sorucusu (lat. Fasciola hepatica)-Yastı qurdlar tipinə aid olan növ.

Qaraciyər sorucusu
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{Plathelminthes}}, taksonun sistematikasını təsvir etməlidir Plathelminthes.
???:
Qaraciyər sorucusu
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]
Qaraciyər sorucusu

Bu növ kiçik yarpaq formasında olub, enli və qısadır. Uzunluğu 20–30 mm, eni isə 8–12 mm-ə qədər olur. Bədənin ön tərəfindən xortum şəklində uzanmışdır. Onun üzərində ağız və qarın sormacı vardır. Ağız sormacının diametri 1 mm, qarın sormacınınki isə 1,5–1,6 mm-dir. Bədənin ön hissəsində yumurtalıq, ondan arxada isə yumurta vəzisi yerləşir. Fassiolanın yumurtaları uzunsov və açıq sarı rənglidir. Yumurtaların bir qütbündə qapaqlıq, içərisində isə küllü miqdarda sarılıq hüceyrələri görünür. Yumurtanın uzunluğu 0,11–0,15 mm, eni isə 0,07–0,08 mm-dir.

Qaraciyər sorucusu Kosmopolit növdür. Dünyada və Qafqazda geniş yayılmışdır. Dünyada-2, Qafqazda-2, Azərbaycanda-2 növ ilə təmsil olunmuşdur. Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran ovalığı, Mil-Qarabağ və Kür-Araz ovalığında geniş, Abşeron-Qobustanda, Gəncə-Qazax zonasında və Naxçıvan MR ərazisində isə ocaqlar şəklində yayılmışdır.[2]

Parazit orqanizm olub, əhli və vəhşi gövşəyən heyvanların və digər məməlilərin qaraciyərində, öd axarlarında və kisəsində yaşayır. Təsadüfi hallarda bu növə ağciyər toxumalarında rast gəlinir. Bronxlarda, dalaqda, limfa vəzilərində və başa üzvlərdə təsadüf edilir. Sahibin qanı, şirəsi və epiteli hüceyrələri ilə qidalanır. Hermafrodit orqanzm olub, yumurta qoymaqla çoxalır, tam çevrilmə ilə inkişaf edir.[3]

İnsan həyatına təsiri

[redaktə | mənbəni redaktə et]
  • İnsanlarda fassiolyoz əmələ gətirir. Heyvanların fərdi inkişafını əngəlləyir, məhsuldarlığını aşağı salır, körpələr arasında ölüm halları çoxalır.[4]

Hermafroditdir. Dişi cinsi orqanlar sistemi cür yumurtalıqdan ibarətdir. Erkək cinsi orqanlar sisteminin əsasını tək toxumluq təşkil edir.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Skryabin K. N. Трематоды животных и человека. Основы трематодологии, т. II, , Изд-во АН СССР, Москва-Ленинград, 1948, 600 стр.
  • Azərbaycanda kənd təsərrüfatı heyvanlarının helmint və helmintozlarının zonalar üzrə yayılması və helmintozlarla mübarizənin gücləndirilməsi üçün təkliflər. Redaktəsi ilə, Bakı, "Elm" nəşriyyatı, 1975, 85 səh.
  • Məmmədov A. Q., Məlikov Y. F.. Mal-qarada fassiolyoz və onunla mübarizə "Elm" nəşriyyatı, Bakı, 1979, 42 səh. İ. Ə. Sadıqov. Az. EA – nı xəbərləri (biol. elm. ser.), 1991, № 1, s. 3 – 6.
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının helmint və helmintozlarının zonalar üzrə yayılması və helmintozlarla mübarizənin gücləndirilməsi üçün təkliflər. Redaktəsi ilə, Bakı, "Elm" nəşriyyatı, 1975, 85 səh.
  3. Məmmədov A. Q., Məlikov Y. F.. Mal-qarada fassiolyoz və onunla mübarizə "Elm" nəşriyyatı, Bakı, 1979, 42 səh. İ. Ə. Sadıqov. Az. EA – nı xəbərləri (biol. elm. ser.), 1991, № 1, s. 3 – 6.
  4. Skryabin K. N. Трематоды животных и человека. Основы трематодологии, т. II, , Изд-во АН СССР, Москва-Ленинград, 1948, 600 стр.
  5. Onurğasızlar Zoologiyası Bakı 2008 Bəhlul Ağayev, Zülfiyyə Zeynalova