Yastı qurdlar

Yastı qurdlar (lat. Platyhelminthes) — heyvanlar aləminə aid heyvan tipi.

Yastı qurdlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Tip:
Yastı qurdlar
Beynəlxalq elmi adı

Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastılaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur.

Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir.

Bədəni bel qarın istiqamətində yastılaşmışdır və entoderma, ektoderma, mezoderma adlanan hüceyrə qatlarından ibarətdir. Bədən örtükləri həlqəvi və uzununa yerləşmiş əzələlərlə birlikdə dəri-əzələ kisəsini əmələ gətirir. Daxili orqanları arasındakı boşluq birləşdirici toxumadan ibarət parenxima ilə doludur. Bağırsaqboşluqlardan fərqli olaraq, yastı qurdlarla yaxşı inkişaf etmiş orqanlar və orqanlar sistemi yaranmışdır. Yastı qurdlara kirpikli, sorucu, lentşəkilli və.s siniflər daxildir. Bunlardan qaraciyər sorucusu vardır.

Bu qaraciyər sorucusu olan qaraciyərdə yaşayır. Lentşəkillilərə öküz soliteri aiddir. Öküz soliterinin 4 başçıqdan ibarət olur. O 4–10 metrə qədər olur. O nazik bağırsaqda yaşayır. Sormaclar vasitəsilə qidasını qəbul edir. Bəziləri elə düşünürlər ki, öküz soliteri soruculara aid etmək olar. Amma öküz soliterinin bədən quruluşu lentşəkillidir. Buğumlu olduğundan onu lentşəkillilərə aid edirlər. Öküz soliterinin 1 buğumunda 175.000 yumurta olur. Qaraciyər sorucusu qaraciyərdə olan qanla və hüceyrələrlə qidalanır.