Qaradağ xalçası (fars. قراجهداغ; fars. قرهداغ), Azərbaycanın iran tarixi və mədəni bölgəsində yerləşən Arasbaran (Qaradağ) vilayətində hazırlanan əl işi xalçalarının bir növüdür. Əsasən Azərbaycanın cənub sərhəddində, Təbrizin şimal-şərqində, Araz çayının cənub qismində İranın Qaradağ vilayətində yerləşən Qaraca kəndində hazırlanır. Əvvəlcə mərkəzi Arasbaranda yaradılan bu cür xalçaların istehsalı, daha sonralar Balan kəndində yayılmış və burada xalça ornamentinin öz xüsusiyyətləri mövcud idi. Qaradağ xalçaları Qarabağ xalçalarına bənzəyir, lakin xarici görünüşlərində daha çox "fars" xalçaları hesab olunur. Həmçinin bu xalçalar Şimali Qafqazda toxunan xalçalara da bənzədilir. Bu xalçaların ənənəvi naxışı üç fiqurdan ibarətdir ki, bura mərkəzdə qalaya bənzər bir kontur, yuxarıda və aşağıda isə səkkizguşəli ulduzlar daxildir. Qaradağ xalçaları həmişə simmetrik toxuculuq üsulu ilə yalnız yundan toxunur.[1]